Yula

Yula - Yuxu Ruhu. Çula və ya Yola də deyilir. İnsan ruhunun hərəkətli qismi, xəyal gücü. İlham və vəhy anlayışları ilə əlaqəlidir. İnsan bədənini müvəqqəti olaraq tərk edə bilər. Bəzən bu vəziyyəti hiss etmək belə mümkün olmaya bilər. Eyni zamanda məşəl deməkdir və ruhun bir növ atəş və ya işıq (enerji) olaraq görüldüyünün ən gözəl nümunəsidir.

Baskakova görə, "cövhər, maya" kimi də mənası olan bu anlayışa "ölünün canı" şəklində ikinci bir məna daha yüklənər. Gerçəkdə isə "Yula", insan bədənindən müvəqqəti olaraq ayrılabilen canın əsli, mayası və cövhəridir. Ənənəvi xaqas mədəniyyətində "Yula"ya yaxın bir məna daşıyan "Çula" anlayışı vardır. Xaqaslarda bu anlayışın tərkibində can düşünülər.

Türk mədəniyyətində yuxular[redaktə | mənbəni redaktə et]

Yuxu (Türkcə: Düş, Monqol: Zud) zehində yuxudaykən reallaşan zehni fəaliyyət(lər) və bunlara aid hisslərdir. Vizual çağrışımlar şəklində meydana gələr. Xalq inancında isə "Yarı Ölüm" olaraq qəbul edilən yuxuda görülən bu vizual imgeler o biri aləm ilə əlaqə qəbul edilir. Və xəbər dəyəri daşıdığına inanılır. Məsələn yuxuda yumurta görən bir qadının uşağının olacağına inanılar. Yusuf peyğəmbər ən qabaqda gələn yuxu şərhçisi olaraq qəbul edilir. Yuxu bir növ ölümdür və ruhun hərəkətli qismi bədəni tərk edər. Kabuslar axar sulara izah edilər ki, alsın götürsün deyə. Yuxular, o əsnada gedilən yer bu aləmin ziddi olduğu üçün tərsinə şərh olunar. Müasir elmi məlumatlara görə xülyalar insanın şuuraltının bir əks olunması olub, doğru analiz edildiyində müxtəlif ağıl sağlamlğı problemlərinin aradan qaldırılmasına yardımcı ola bilməkdədir. Yuxular bütün cəmiyyətlərdə maraq çəkmiş və o biri aləmdən göndərilən məlumat və ya insanların kənar aləmdə etdikləri səfərlər olaraq düşünülmüşdür.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Yol/Yul) kökündən törəmişdir. Mücərrədlənmə, yuxu görmək mənalarını ehtiva edər. Su mənbəyi və məşəl kimi mənalar da ehtiva edər. Kral və ululuq mənasını da malikdir. Yular (dizgin) sözcüyü ilə eyni kökdən gəlir. Yol (tale) sözüylə də əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.