Yuliya Sendrei (mac. Júlia Szendrey 29 dekabr 1828[1], Kesthey, Macarıstan krallığı – 6 sentyabr 1868[1], Peşt[d], Peşt medyesi) — Macar şairəsi və tərcüməçisi. Məşhur macar şairi Şandor Petöfinin həyat yoldaşı [3].
Yuliya Sendrei | |
---|---|
Doğum tarixi | 29 dekabr 1828[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1868[1] (39 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Yuliya Sendrei 29 dekabr 1828-ci ildə Kestheydə müxtəlif nəcib ailələr üçün ferma idarə edən bir ailədə anadan olmuşdur[4][3]. Anası Anna Qaloviç idi. Yuliya yaxşı bir təhsil alır, İnstitutda varlı ailələrin qızları ilə birgə təhsil alırdı. Xarici dilləri səlis bilir, pianino çalır, rəqs etməyi sevirdi, amma ziyafətlər keçirməyi və öz istedadını başqalarına nümayiş etdirməyi sevmirdi. Ən çox Henrix Heyne, Jorj Sand və başqalarının şeir və kitablarını oxumağı çox sevirdi.
Ədəbiyyatı və poeziyanı sevən savadlı bir xanım olmaqla, 1846-cı ildə Naqikarolidə tanış olduğu Şandor Petöfiyə aşiq olur. Ailəsinin etirazına baxmayaraq, bir il sonra onlar Ardudda evləndilər. 1848-ci il Macarıstan inqilabı başlayanda Petöfi də orduya qoşularaq ailəsini Debreçenə köçürdü. Onların oğlu Zoltan 15 dekabr 1848-ci ildə anadan olur. Müharibə zamanı Sandor Petöfi yoxa çıxdıqda və sonra öldüyü elan olunduqda, Yuliya inana bilmir və bununla barışmır. Onu axtarmaq üçün Transilvaniyaya gedir. Sonra ərini orada tapacağına ümid edərək Türkiyəyə səyahət üçün icazə istəyir. Lakin Yuliyanın xaricə səyahətinə icazə verilmir. Çarəsizlik içində tarixçi dostu Arpad Horvata müraciət edir. 1850-ci ildə onlar evləndilər
Sendrei Horvata dörd övlad dünyaya gətirdi. İlk oğlu Zoltan ilə münasibətləri pisləşdi. Çünki gənc həyatını atası Petöfi kimi yaşayırdı. Sonda 1870-ci ildə oğlan gənc yaşında vərəmdənöldü. 1950-ci illərdə Sendrei bir neçə şeir yazır, Hans Xristian Andersenin bir neçə nağılını tərcümə edir.
İkinci evliliyi də faciə ilə başa çatdı. Ona uşaqlıq ağzı xərçəngi diaqnozu qoyulur və 1867-ci ildə birdən ərindən ayrılmaq qərarına gəlir. Aasının maliyyələşdirdiyi Pestdəki kiçik bir mənzilə köçür. Gündəliyində o, ikinci ərinin ona sadiq olmadığını yazır və həkim onu xəstə olduğunu xəbərdar etdikdən sonra onu "şərti vəzifə" etməyə məcbur etdi. 1868-ci ildə bu kiçik mənzildə ölür. Ölüm yatağında atasına bir məktub yazIR: “Atam Şandordan narazı olacağımı söylədi. Heç bir qadın mənim Şandorumda olduğum dövrdə yaşadığım qədər xoşbəxtlik yaşamamışdır. Mən onun kraliçası idim, o mənə pərəstiş edirdi, mən də ona pərəstiş edirdim. Biz dünyanın ən xoşbəxt cütlüyü idik və taleh qarışmasaydı, yenə də belə olardıq.”
Ərinin səhv etdiyini etiraf etdiyi məktubu oxuduqdan sonra atası Horvathın cənazə mərasimində iştirak etməsinə icazə vermədi. Petöfinin ölümündən 60 il sonra Kerepeşi məzarlığında Petöfi ailəsinin qalan hissəsi ilə birlikdə dəfn edilir.
Macarıstanda Yulia Sendreinin bir neçə heykəli var. 2018-ci ildə onun heykəli Macarıstanın Kopenhagendəkik səfirliyi binasının yaxınlığında qoyulmuşdur[5][6].