Yuliya tülpanı

Yuliya tülpanı (Elmi adı - Tulipa julia C.Koch) [1] — IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –   VU A2c+3c. Nadir növdür.[2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur,  nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15-35 sm hündürlükdədir. Yarpaqlar 3-4 ədəd, neştərşəkilli və ya enli- neştərşəkilli, uzunsov, 3sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqlarının alovu moruğu-qırmızı, əsasında tünd-sarı, haşiyələnmiş ləkəlidir, xaricdəki daxildəkindən bir az uzun, uzunsov-rombvari, iti, daxildəki tərs-yumurtavari və ya oval, uzunsov-yumurtavaridir. Qutucuq 3 sm-ə qədər uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağında, quru daşlı və əhəngli   yamaclarda, bəzən meşələrdə rast gəlinir. Çiçəkləməsi aprel, may, meyvələməsi may, iyun aylarına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Mezokserofitdir[3]. Geofit bəzək bitkisidir.[4]

Şimali İran mənşəli nadir növdür. Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək gəndi ətrafında, Cabrayıl rayonu Sultanlı qəsəbəsi ətrafında, Dəvəçi rayonu Şanoçala kəndində, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru əhəngli və daşlı yamaclarda bitir. Seyrək rast gəlir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxumla və vegenetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri[redaktə | mənbəni redaktə et]

Antropagen amillər.Əhali tərəfindən intensiv toplanılması  və zoogen amillərin təsiri altındadır.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xususi mühafizə tədbirləri hazırlanmamışdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=Yulia%20t%C3%BClpan%C4%B1[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. Ибадлы О.В.,  2005; 
  4. Ибадлы О.В.,  2005;  Mehdiyeva N.P., 2011.