Yuminda (est. Juminda) — Estoniyanın şimalında, Baltik dənizi akvatoriyasında yerləşən yarımada. Şimali Estoniyanın ən böyük yarımadasıdır. Qərbdən Kolqa (est. Kolga laht) və şərqində Xara (est. Hara laht) buxtaları yerləşir. Yarımadanın uzunluğu 13 km, eni, 6 km-dir. Ərazisinin böyük hissəsi iynəyarpaqlı meşələrlə örtülüdür. Yumida adlı yaşayış məntəqəsi haqqında ilk məlumatlar 1290-cu ilə aiddir. Yarımadanın şimalında mayak fəaliyyət göstərir. Şərq hissəsində Xara kəndi ərazisində SSRİ dönəmində sualtı qayıqların bazası fəaliyyət göstərirdi.
Yuminda yarımadası | |
---|---|
Yerləşməsi | |
59°38′00″ şm. e. 25°30′00″ ş. u. | |
Akvatoriya | Baltik dənizi |
Ölkə | Estoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımada Rusiya və Estoniyanın ən qanlı hadisələrinə şahidlik etmişdir. 1941 ildə burada 15 000 insan həlak olmuşdur. Üstəlik 4400 Tallin sakini öldürülmüşdür. 2001-ci ildə yarımadanın sonucunda yerləşən burunda həlak olanların şərəfinə abidə ucaldılmışdır[1]