Yumru Sürümçək yaşayış yeri

Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir[1].

  1. "Vəli Baxşəliyev, Catherine Marro, Remi Berthon, Zeynəb Quliyeva, Savaş Sarıaltun. Kültəpədə Arxeoloji Tədqiqatlar (2013-2016) Bakı-Nurlan-2017, 164s" (PDF). 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-04.