Yumru qurdlar

Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi.

Yumru qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Tip:
Yumru qurdlar
Beynəlxalq elmi adı

Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır:

  • İlk bədən boşluğuna (prosel) malikdir;
  • Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir.
  • Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır.
  • Ağız dəliyi bədənin ön hissəsində yerləşir.
  • Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib).
  • Tənəffüs və qan-damar sistemi yoxdur.
  • Cinsi dimorfizmə malikdir.
  • İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur.
  • Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.

Yumru qurdların sərbəst yaşayan formaları dənizlərdə, şirin sularda və torpaqda, parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır. 80000-ə yaxın növü qeydə alınıb. Lakin növlərinin bundan qat-qat çox olması ehtimal edilir. Bu sinfə daxil olan nümayəndələrin müxtəlif ekoloji şəraitdə yayılmasına baxmayaraq hamısı eyni quruluş planına malikdir. İnsanda parazitlik edən nümayəndələrdən insan askaridi, uşaq bizquyruğu, tükbaş qurd, onikibarmaq bağırsağın əyribaş qurdu, trixinriştanin öyrənilməsi tibbi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Yumru qurdların sərbəst yaşayan formasının böyüklüyü 0,3 mm-ə qədər olduğu halda, fitonematodlar 8,0 mm, ən iri formalar isə insan və heyvanlarda təsadüf edilir. Onların uzunluğu 5-10 mm-dən (uşaq bizquyruğu) 8 m-ə kimi (məsələn, balinada təsadüf edilən Flacentonema gigantissima nematodu) ola bilər.

Onlardan Xəzər dənizində 52 növü qeyd edilmişdir. Nematodlar dənizdə, şirin sularda və torpaqlarda yaşayırlar. Xəzər dənizində yaşayan nematodların hamısı bentik heyvanlardır. Onlar qum, lil-qum, bəzən isə təmiz lildə yaşayırlar. Xəzər dənizində şirin su nematodlar vardır, lakin onlar Şimali Xəzərdə yaşayırlar. Xəzər dənizində nematodlar külli miqdarda inkişaf edir və balıqların qidasında mühüm rol oynayırlar. Bundan başqa, nematodlar suyun və qruntun çirklənməsinin indikatorlarıdır.

Tip iki sinif və 17 dəstəni əhatə edir.

İnsan, heyvanbitkilərdə nematodların törətdiyi parazitar xəstəliklər. Azərbaycanda askaridoz, enterebioz, trixosefalyoz və s. yayılmışdır. Yoluxmada tərəvəzin rolu böyükdür.

Ziyanlı nematodları (dəyirmi qurdları) məhv etmək üçün işlədilən kimyəvi maddələr (pestisidlər).