Yunanıstanda islam

Bazar Afinada, Edvard Dodvel.

Yunanıstanda islam — Yunanıstanda İslam iki fərqli icma ilə təmsil olunur: Osmanlı İmperatorluğu dövründən Yunanıstanda yaşayan müsəlmanlar və 20-ci əsrin son rübündə Afina və Salonikiyə gəlməyə başlayan müsəlman mühacirlər.

Xristianlığa keçiş

[redaktə | mənbəni redaktə et]
Gənc Yunanlar Məsciddə (yağlı boya, kətan, 1865); yağlı boya ilə çəkilmiş bu tablo Məsciddə namaz qılan Yunan Müsəlmanlarını təsvir edir.

Yuanıstanda islamdan xristianlığa keçiş edən iki qrup var. Birinci qrup Oniki Ada türkləridir. Onlar Yunan dövlətinə qarşı ayrı-seçkilik etməmək üçün İslam inancına maraq göstərmir. İkinci qrup, yunan mədəniyyətinə tez assimilyasiyaya üstünlük verən alban mühacirləridir. Onlar Yunanıstandakı ən böyük mühacir qrupunu təşkil edir və əksəriyyətinin alban kimi tanınmasını istəmirlər. Yeni gələn bir çox albanlar alban adını yunan adına, dinlərini isə İslamdan pravoslavlığa dəyişdilər. Mühacirətdən əvvəl də cənubi Albaniyada yaşayan bir çox müsəlman özlərini yunan kimi tanıyırdılar və köç etməzdən qabaq ayrı-seçkiliyə məruz qalmamaq üçün müsəlman adları yerinə yunan adlarını qəbul edirdilər.[1][2]

Yunanıstanda müsəlmanlar

[redaktə | mənbəni redaktə et]

Yunanıstanda müsəlman əhali homojen deyil, çünki müxtəlif etnik, dil və sosial mənşələrdən ibarətdir. Müsəlman dini indiki Yunanıstanda yaşayan bir neçə etnik qrupun, yəni pomakların, etnik türklərin, müəyyən qaraçı qruplarının və xüsusilə Krit, Epirus və Qərbi Yunan Makedoniyasında 17-ci və 18-ci əsrlərdə müsəlman olan yunan müsəlmanlarının inancıdır. Yunanıstanla yeni Türkiyə Cümhuriyyəti arasında 1923-cü ildə bağlanmış əhali mübadiləsi müqaviləsi nəticəsində ölkənin müsəlman əhalisi əhəmiyyətli dərəcədə azaldı.[3] 1923-cü ildə Lozanna müqaviləsinə uyğun olaraq Epirdən, Yunan Makedoniyasından və əsasən Şimali Yunanıstanın başqa yerlərindən olan yunan müsəlmanları Türkiyəyə, Türkiyədə yaşayan xristianlar isə Yunanıstana köçməli idilər. Qərbi Trakya müsəlmanları, İstanbul xristianları, Gökçe ada və Bozca adaları əhali mübadiləsinə daxil deyil.[4]

Yunanıstandakı miqrant müsəlmanlar

[redaktə | mənbəni redaktə et]

1950-ci illərin əvvəllərində Misirdən gələn və əksəriyyəti misirli olan ilk müsəlman mühacirlər ölkənin iki əsas şəhər mərkəzində, Afina və Salonikidə cəmləşmişdilər. 1990-cı ildən etibarən Yaxın Şərqin müxtəlif ölkələrindən, Şimali Afrikadan, Əfqanıstan, Pakistan, Hindistan, Banqladeş, Somali və müsəlman Cənub-Şərqi Asiya ölkələrindən gələn immiqrant müsəlmanların sayında artım müşahidə olunur. Bununla belə, mühacir müsəlman icmasının böyük əksəriyyəti Balkanlardan, xüsusən Albaniya və Şimali Makedoniyadakı alban icmalarından və digər keçmiş Yuqoslaviya respublikalarından gəlmişdir. 1990-cı illərin əvvəllərində Şərqi Avropada kommunizmin süqutundan sonra iqtisadi imkan axtarışında olan alban işçilər Yunanıstana köç edib və ailələrini Afina və Saloniki kimi şəhərlərə köçürməyə başlayıblar.[5] Mühacir müsəlman icmasının əksəriyyəti Afinada yaşayır. Onların dini hüquqlarının tanınması ilə bağlı olaraq Yunan hökuməti 2006-cı ilin iyulunda məscidin tikintisinə icazə verib. Bundan əlavə, Yunan Pravoslav Kilsəsi Afinanın qərbində 28.000 m²-lik bir ərazini müsəlman məzarlığının tikintisi üçün təxmini dəyəri 20 milyon dollara bağışladı. Yunanıstan hökuməti tikintiyə 2016-cı ildə başlamaq üçün yaşıl işıq yandırdı, lakin hər iki öhdəlik 2017-ci ilə qədər davam etmədi. Bununla belə, Yunanıstanın təhsil və din naziri Kostas Qavroqlou bildirib ki, ölkədə dövlət tərəfindən maliyyələşdirilən ilk məscid 2019-cu ilin sentyabrında fəaliyyətə başlayacaq. Məscidin tikintisi iki əsrə yaxın davam edən gözləməyə son qoyacaq. İmmiqrasiya böhranı və artan müsəlman əhalisi ilə bəziləri bu məscidi Yunanıstanın ən böyük metropolunda tikiləcək məscidlərdən ilki kimi görürlər.[6] Üstəlik, Yunanıstanda məscidlərin açılmasına qoyulan qadağa ölkənin ikinci böyük şəhəri olan Salonikidə yaşayan təxminən 7 min türk üçün problem yaradır. Saloniki müsəlman icması dualar üçün mənzillərdə, zirzəmilərdə və qarajlarda toplanır. Bundan əlavə, müsəlman qəbiristanlıqlarının çox az olması, bəzilərini ölülərini dəfn etmək üçün yüzlərlə mil qət etməyə məcbur edir. Pyu Araşdırma Mərkəzinin 2019-cu ildə nəşr etdiyi araşdırmada, yunanların 37%-nin müsəlmanlar haqqında müsbət, 57%-nin isə mənfi fikirdə olduğu müəyyən edilmişdir.[7][8]

  1. See Hugh Poulton, 'The Balkans: minorities and states in conflict', Minority Rights Publications, 1991
  2. "Lecturer of Turkish language in Rhodes breaks old stereotypes". turkishimage.blogspot.com. 2011-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  3. "Greece". state.gov. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  4. "Failure to settle matter has rankled sensibilities here and abroad - Kathimerini". ekathimerini.com. 2007-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  5. Dilouambaka, Ethel. "Is Athens Getting Its First Mosque After A 180-Year Ban?". Culture Trip. 22 August 2016. 2020-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  6. ""Φωτιά στα τζαμιά" διά χειρός Χρυσής Αυγής". efsyn.gr. 24 June 2016. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2023.
  7. "Greeks Shout Obscenities, Egg Muslims as they celebrate Eid". worldnewsvine.com. 2010-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  8. Kitsantonis, Niki. "Attacks on Immigrants on the Rise in Greece". The New York Times. 1 December 2010. 2 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2023.