Yunan-Bakrtiya padşahlığı (yun. Βακτρία) —Baktriya və Soqdiana ərazisində tarixi dövlət.
Şərqdə yaranan Yunan-Bakrtiya padşahlığının mövcudluğu da Parfiya üçün geosiyasi baxımdan qeyri-münasib şərait yaratmışdı. Bunun səbəbi isə yeni yaranan dövlətlərin ictimai-siyasi təbiətində olan prinsipial fərqdən irəli gəlirdi. Yunan-Baktriya tərəfdən qarşıya qoyulan plana görə, militarist ruhlu yunan-makedoniyanı ayrıca bir bölgədə döyüşə hazır vəziyyətdə saxlamaq nəzərdə tutulurdu. Təqribən yüz il bundan qabaq Böyük İskəndər öz hakimiyyətini möhkəmləndirmək üçün yunan-makedoniya əhalisinin mühacirətindən istifadə edərək onları hərbi qəsəbələrdə yerləşdirdi.
Qədim Roma tarixçisi Yustin Sələvkilərin varisi oıan Diodotu "min Baktriya şəhərinin" canişini adlandıraraq göstərirdi ki, onlar əsasən imperiyanın Mərkəzi Asiya bölgələrində güclü surətdə təmərküzləşmişdi. Diodot (e.ə.256-230), onun canişinləri II Deodot (230-220) və Evtidam (220-190) çoxsaylı peşəkar yunan hərbiçilərinə güvənərək Sələvkilərin əvvəllər sahib olduğu Mərkəzi Asiya torpaqlarında öz hakimiyyətlərini möhkəmlətdilər.Onlar sonralar diodoxların ən güclü imperiyasına və onların bölgədə möhkəmlənmək cəhdlərinə qarşı hərbi müqavimət göstərdilər.
Arşak və varisləri ölkə daxilində qələbə qazanaraq, onun ətrafında olan qüvvələrlə düşmən vəziyyətində qaldılar. Sələvkilərin imperiyası ilə münaqişəyə daha bir problem – yəni iranlılarla tarix boyu rəqabət aparan Yunan-Baktriya padşahlığı ilə münasibətlərin kəskin şəkildə soyuqlaşması əlavə olundu. Həmin padşahlığın yunan-makedoniya mənşəli hakim təbəqəsi Arşak tərəfindən devrilmiş Andaqor rejiminə böyük rəğbət bəsləyirdi. İki dövlətin yüzillik mövcudluğu dövründə onların münasibəti həmişə gərgin olmuşdu və ona görə belə bir vəziyyət bəzən hərbi qarşıdurmaya gətirib çıxarırdı.