Yunan orfoqrafiyası

Yunan orfoqrafiyası — köklərini, güman olunur, e.ə. IX əsrdə yunan əlifbasının qəbul olunmasından alan yazı sistemi. Bu dövrədək yunan dilinin əski formalarından olan Miken yunancası Xətti B yazı sistemi ilə işlənmişdir, baxmayaraq, Miken yunancasının yazılmasının sonlanıb yunan orfoqrafiyasının istifadəsinə başlanılması arasında bir neçə əsr fərq var idi — bu dövrdə yunan qaranlıq çağı yaşanmışdı.

Yunan əlifbasındakı ilkin yunan yazıları fonemik və hər diyalektdə fərqli idi. Attik yunanca üçün ionik variantın e.ə. 403-də qəbul edilməsindən bəri yunan orfoqrafiyası, əsasən, mühafizəkar və tarixi olmuşdur.

Orfoqrafiyada qədimdən qalma qoşa samitlər də mövcuddur, hansı ki, Kipr yunancası istisna olmaqla yunan dilində bunlar tək samitlərlə eyni cür tələffüz olunur.