Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir.
Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.
Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.
Anima və Animus iki bir biri ilə bağlı arxetipdir. Faktiki olaraq fərd tərəfindən dərk olunmurlar. Anima - latın dilində "qəlb", animus isə "ruh" deməkdir. Anima kişidə qadın başlanğıcı, animus isə qadında kişi başlanğıcı obrazında çıxış edən şüursuz təsəvvürlərdir. Məhəbbət və nifrət hissləri bu əsasda yaranır. Düşünmək, hiss etmək, həyatı və dünyanı, allahı və insanı dərk etmək anima və animusun fəaliyyət üsuludur. Təbiət etibarilə anima erotik və emosional, animus isə düşünən və tənqididir. Real həyatda anima və animus kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Anima kişidə qadınlığın, animus qadında kişiliyin təzahürüdür, çünki junga görə elə bir kişi yoxdur ki onda qadından nəsə olmasın, eyni zamanda da əksinə. Tamamilə animusun təsirinə düşən qadın qadınlığını itirmək təhlükəsindədir və animanın göstərişlərinə sözsüz əməl edən kişi "qadınlaşa" bilər. Animanın inkişafının 4 mərhələsi mövcuddur: bioloji qadın- həvva, romantik və estetik səviyyəli seksual və erotik qadın - troyalı yelena, dini pərəstiş obyekti olan ruhi ana- məryəm və müdrikliyi təcəssüm edən sofiya. Animus da öz növbəsində 4 mərhələdən keçir: yüksək enerji və fiziki qüvvəyə sahib kişi - herkules, dərrakəli, məqsədyönıü, qadını öz işgüzarlığı ilə cəzb edən- yupiter, böyük həyat təcrübəsi olan, bilikli kişi - alim, professor və s. və dindar və yaradıcı kişi -hermes.[1] Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.
İnsan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyllərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır. bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.(referens - http://www.soz6.com/nedir/10036/kolge-arxetipi)
Yungun kollektiv şüursuzluq üzərindəki çalışmalarının ən vacib məhsuludur. "mən"the self özünü təstiqləməyə meyllidir. "mən" sistemdəki ən vacib arxetipdir. şüuraltının bütün yönlərini tarazlayır, hər zaman bütünləşməyə çalışır. "mən" kainatı birləşdirməyə yönəlmişdir və onun bir parçasıdır. "mən" fərdiləşmənin, eyni zamanda şəxsiyyətin müxtəlif aspektlərinin inteqrasiyası nəticəsində yaranır.[2] Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir.
Qorxmaz Quliyev: 21-ci əsr ədəbi tənqidi