Yuqoslaviya Federativ Respublikası (qısaca YFR, eləcə də Kiçik və ya Üçüncü Yuqoslaviya da adlandırılır) Yuqoslaviya Sosialist Federativ Respublikası dağılandan sonra 27 aprel 1992-ci ildə yaradılmışdır və tərkibinə iki respublika daxil idi: Serbiya və Monteneqro.
Yuqoslaviya Federativ Respublikası | |||||
---|---|---|---|---|---|
serb. Савезна Република Југославија / Savezna Republika Jugoslavija | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Belqrad | ||||
İdarəetmə forması | prezident-parlament respublikası | ||||
• Əhali |
|
||||
Valyuta | yuqoslav dinarı | ||||
İnternet domeni | .yu | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Birlik qüvvəsi" hərbi əməliyyatı zamanı 1999-cu ildə NATO qüvvələrinin bombardmanına məruz qalmışdır.
4 fevral 2003-cü ildə Yuqoslaviya Federativ Respublikasının adı Serbiya və Monteneqro olaraq dəyişdirilmiş, konfederasiya yaradılmış və iki respublika - həm Serbiya, həm də Monteneqro bərabər hüquqlar almışlar. Bundan sonra Podqoritsa da eynilə Belqrad kimi paytaxt funksiyalarını daşımağa başlamışdır. Belqrad ticarət paytaxtı, Podqoritsa isə məhkəmə paytaxtı kimi fəaliyyət göstərmişdir.
2006-cı ilin may ayında keçirilən referendumun nəticələrinə görə Monteneqro müstəqil dövlət statusu almış, bundan sonra federasiyanın fəaliyyətinə son qoyulmuşdur.