Yuri Georgiyeviç Abov (rus. Ю́рий Гео́ргиевич А́бов; 7 noyabr 1922, Tuapse – 28 fevral 2021) — SSRİ və Rusiya eksperimental fiziki. O, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur (1987-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü), 1974-cü ildə "Lenin" mükafatına layiq görülmüşdür.[1]
Yuri Abov | |
---|---|
Doğum tarixi | 7 noyabr 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 fevral 2021 (98 yaşında) |
Elmi dərəcəsi | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
1947-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. Elmi fəaliyyətin əsas istiqamətləri aşağı enerjilər sahəsində fundamental nüvə fizikası tədqiqatları, beta-NMR spektroskopiyasıdır. Nüvələrdə nuklonların zəif qarşılıqlı təsirini kəşf etmişdir. Elmlər Akademiyasının Nəzəri və Eksperimental Fizika İnstitutunun laboratoriya müdiri, "Yadernaya fizika" jurnalının baş redaktoru olmuşdur.[1] Kotlyakovski qəbiristanlığında dəfn edilmişdir.[2]