Yuri Barakoviç

Yuri Barakoviç (xorv. Juraj Baraković) — İntibah dövrünün xorvat şairi. Keşiş, Zaqrebdəki kanon və zamanında məşhur vaiz.

Yuri Barakoviç
Doğum tarixi 1548[1][2][…]
Vəfat tarixi 1 avqust 1628(1628-08-01)[1][3]
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı, rahib

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Soylu mənşəlidir. İlk təhsilini Zadarda almışdır. Daha sonra təhsilini Venesiya və digər İtaliya şəhərlərində davam etdirib. O, teoloji təhsil almış, İntibah dövrü italyan ədəbiyyatının klassik yazıçılarının, eləcə də o dövrün xorvat yazıçılarının əsərlərinə yaxşı bələd olmuşdur.

Gəncliyində keşiş olmağa qərar verir. 1564-cü ildə Zaqrebdə din xadimi, kanon olur, 1586-cı ildə 1598-ci ilə qədər Noviqradda keşiş kimi xidmət edir. Çox güman ki, o zaman Osmanlı imperiyasına qarşı mübarizədə iştirak edir.

1602-ci ildə naməlum səbəblərdən mənəvi ləyaqətindən məhrum edilərək Sibenikə sürgün edilir. Həyatı boyu Romaya üç dəfə ziyarət etmiş, 1628-ci ildə burada vəfat etmişdir.

Yuri Barakoviç Müqəddəs Roma Katedralində dəfn edilmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Şairin ilk şeiri 1582-ci ildə nəşr olunub. O, Əhdi və Əhdi-Cədidin tərcümələri, "Yarula" toplusunu nəşr etdirməsi (1618) sayəsində məşhurlaşır. Təxminən 1618-ci ildə «Ljuba v G.N. id est Deliciae amicorum, varia specie carminis» əsərioni yazır. Bu əsər 1698-ci ildə Venesiyada nəşr edilmişdir. Bu əsər “Vila Slovinska” adı ilə tanınan digəri ilə eynidir; sonuncu 13 nəğmədən ibarət, planı, üslubu və beyt quruluşu ilə diqqəti çəkən, şairin Zadar şəhərinin keçmişini və indisini tərənnüm etdiyi epik poemadır; müəllif, yeri gəlmişkən, şeirinə maraqlı bir xalq mahnısı "Majka Marqarita" əlavə edir. Şeir obrazlılığın təbiətinə görə Virgil, Dante, Zoraniçin alleqorik orta əsr poeziyasına yaxındır.

"Vila" təxminən 1682-ci ildə Venesiyada nəşr olunur. Bundan əlavə, Barakoviç 1618 və 1702-ci illərdə Venesiyada nəşr olunan "Giarulla urescena cvitjem od scest vikov svita" epik əsərinin və "Draga Kabska Pastierica" komediyasının da sahibidir.

Barakoviçin poeziyası bir çox cəhətdən onu slavyan ideyasının tərəfdarı kimi göstərir. Belə ki, o, şeirlərinin birində yazır ki, istər Şərqdə, istərsə də Qərbdə hər yerdə slavyan nitqi eşidilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Swartz A. Juraj Baraković // Open Library (ing.). 2007.
  3. Juraj Baraković // Hrvatski biografski leksikon (xorv.). 1983.