Yuri Barboy (tam adı: Yuri Mixayloviç Barboy, rus. Юрий Михайлович Барбо́й; 17 oktyabr 1938 — 31 dekabr 2017, Sankt-Peterburq) — Rusiya teatrşünası, professoru, elmlər doktoru, Rusiya Federasiyasının əməkdar artisti (2008),[1] Rusiyanın Humanitar Akademiyasının həqiqi üzvü.[2]
Yuri Mixayloviç Barboy | |
---|---|
rus. Юрий Михайлович Барбой | |
Doğum tarixi | |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | Rus |
Elm sahələri | Teatrşünas, teatr pedaqoqu |
Elmi dərəcəsi | Elmlər doktoru |
Elmi adı | Professor |
Alma-mater | Leninqrad Teatr İnstitutu |
Təhsili | |
Tanınır | Teatr tarixinin və sosiologiyasının mütəxəssisi |
Mükafatları |
Yuri Mixayloviç Barboy 17 oktyabr 1938-ci il tarixində anadan olmuşdur. Barboy Leninqrad Teatr İnstitutununun (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) məzunu olmuşdur.[3] Barboy daha sonra Uzaq Şərq Dövlət İnstitutunun teatr fakültəsinə daxil olmudur.[4] Barboy ömrünün çox hissəsini Sankt-Peterburq şəhərində keçirmişdir.[2] Onun əsas araşdırma mövzuları teatr tarixi, teatr tənqidçiliyi, teatr sosiologiyası və drama nəzərriyəsidir. 1980-ci illərdə o "Sosiologiya və Teatr" araşdırma qrupunun üzvü olmuşdur.[5]
Yuri Barboy Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun teatr şöbəsinin professoru və rəhbəri idi.[6] O həmçinin, Sankt-Peterburq Avropa Universitetinin incəsənət tarixi fakültəsinin professoru idi.[7][8]
Yuri Barboyun işləri uzun illər "Teatr", "Peterburq Teatrı jurnalı" və s. jurnallarda dərc olunmuşdur. Barboy teatr nəzəriyyələri və monoqrafiyalarındaki bir çox məqalələrin müəllifidir.[9]