Lisyanski Yuri Fyodoroviç (rus. Ю́рий Фёдорович Лися́нский; 1773-1837) — rus səyyahı, tədqiqatçısı
Yuri Lisyanski | |
---|---|
rus. Ю́рий Фёдорович Лися́нский | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Y.F.Lisyanski Havay adaları və Alyaska (Böyük torpaq) sahillərini tədqiq edən səyyah ,eləcə də hərbi qulluqçu və tədqiqatçı olmuşdur. 1805-ci ildə "Neva" gəmisi xəzlə yüklənərək Çinə istiqamət götürür. 1806-cı ildə çay, ipək parçalar, çini qablarla yüklənərək Rusiya istiqamətində üzürlər. Ümid burnunda dumanda ayrı düşmüş "Nadejda" gəmisi 1806-cı ilin avqustunda Kronştada çatarkən Sisyanskinin onu iki həftə qabaqladığını görmüşdür.
Beləliklə, rusların üç il on iki günlük dünya səyahəti başa çatmış oldu. Bu ekspedisiya müddətində dünya xəritəsnə yeni adalar əlavə olundu, 400 metrə qədər dərinlikdə suyun sıxlığı və temperaturu öyrənildi, dəniz axınları dəqiqləşdirildi, Amerikaya gedən dəniz yolu mənimsənildi. İ.F.Kruzentern "1803, 1804, 1805, 1806-cı illərdə dünya səyahəti", Y.F.Lisyanski "1803, 1804, 1805, 1806-cı illərdə "Neva" gəmisində dünya səyahəti" kitabları bu ekspedisiyanın nəticələrinin məhsulu olmuşdur.