Yuri Nikolayeviç Litvişkov (d.27.03.1946, Bakı şəhəri) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001).[1]
Yuri Litvişkov | |
---|---|
Yuri Nikolayeviç Litvişkov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Professor |
Alma-mater | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, əsas üzvi neftkimyəvi sintezinin texnologiyası |
Təhsili |
Yuri Nikolayeviç Litvişkov 1946-cı ildə martın 27-də gullugçu ailəsində anadan olmuşdur. 85 saylı orta məktəbi bitirdikdən sonra, M.Azizbekov adına Azərbaycan Neft və Kimya İnstitutuna, əsas üzvi neftkimyəvi sintezinin texnologiyası fakutəsinə daxil olmuşdur. 1968 ildə onu bitirir. 1970-1973 illərdə Yusif Məmmədəliev adına “neftkimyə proseslər İnstitutu”nun asperanturasında oxumuşdur. 1973 ildə “Kinetika və reaksiya mexanizmləri” mövzusunda dissertasiyanı müdafiya etmişdir. 1973-1977 illərdə Y.Məmmədəliyev adına neftkimya proseslər İnstitutunda cənc alimlər şurasında sədirlik etmişdir.
Sənaye biosidlərinin sintezində istifadə olunan C4C20 yağlı alifatik aminlərin, naften aminlərinin, di- və polietilenpoliaminlərin, N-asil-əvəzolunmuş aromatik amidlərin alınması üçün oksigentərkibli birləşmələrin reduksiyaedici aminləşdirilmə proseslərinin turş təbiətli daşıyıcılar üzərində reduksiya olunmuş dəyişkən valentli metallar sinfinə mənsub olan bifunksional katalizatorlar işlənib hazırlanmışdır. Aromatik və heterosiklik nitrillərin alınması prosesləri üçün yeni yüksək seçiciliyə malik katalitik sistemlər təklif olunmuşdur. Ksilolların mayefazalı oksidləşməsi və karbohidrogenlərlə karbon monooksididin birlikdə dərin oksilləşməsinin yeni alümokarkas katalizatorlarının alınmasının elmi əsasları işlənib hazırlanmışdır.