Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Yusif İsmayılov (15 fevral 1927, Çomaxtur, Naxçıvan MSSR – 7 mart 2007) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı.[1]
Yusif İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 2007 (80 yaşında) |
Fəaliyyəti | aqronom |
|
|
Təltifləri |
|
Yusif Abbas oğlu İsmayılov 15 fevral 1927-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çomaxtur kəndində anadan olmuşdur. 1959-cu ildə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Ali məktəbini bitirib.
Şərur rayonu Maxta kəndi kolxozunun sədri(1961–1964). Naxçıvan XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri(1965–1968). Naxçıvanda "SSRİ-nin 50 illiyi" adına kolxozun sədri(1968–1988). Çomaxtur kənd kolxozun sədri (1988–1991).1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. Yusif İsmayılov ictimai fəaliyyəti də zəngin olmuşdur. O,9-cu Naxçıvan MSSR,10-cu Azərb. SSR Ali Sovetinin deputatı olmuşdur.
Gərgin əməyi yüksək qiymətləndirilən Yusif İsmayılov kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,2-dəfə "Lenin" ordeni,"Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni, ən əsası O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycan Respublikası dövlət idarəetmə, iqtisadiyyat, elm və təhsil, mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[2]