Yusif Əhmədov

Yusif Əhmədov (d.22 fevral 1939 – 27 mart 2012) — Azərbaycan yazıçısı.

Yusif Əhmədov
Yusif Yaqub oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Füzuli rayonu
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
Fəaliyyəti şair,dramaturq,yazıçı

Əhmədov Yusif 1939-cu ildə fevralın 22-də Füzuli rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

Onun povest və hekayələrinin mövzusu, aktuallığı qaldırılan problemlərin bədii həlli baxımından çox maraqlıdır. İlk hekayələri dövri mətbuatda 60-cı illərin ortalarından çap olunmuşdur.

"Səninlə sənsiz", "Ürək bağışlamır", "Qara yelkənli qırmızı gəmilər" kitablarının müəllifidir. "Ruhların qayıtması" romanı oxuculara saf insan duyğusu aşılayır.

Tanınmış nasir Yusif Əhmədov ötən əsrin 60-cı illərində ədəbiyyata gələn yazıçılardandır. İlk kitabı "Əfqan hekayələri" adı ilə 1965-ci ildə Tacikistanın Düşənbə şəhərində çap olunub. "Ələkeçməzlər" sayca müəllifin 20-ci kitabıdır. Kitabdakı eyniadlı roman öz janrına görə müəllifin başqa əsərlərindən fərqlənir. Azərbaycanın ilk milli detektiv romanı olan "Ələkeçməzlər" kitabındakı hadisələr 1992–2006-cı illər ərzində Bakı şəhərində və əyalətlərdə baş verən müxtəlif kriminal hadisələrdən bəhs edir. Adam oğurluqları, qətllər, sifarişlə qətlə yetirilənlər və onlarla insanı heyrətə salan ölüm hadisələri, eləcə də ağır, zəhmətli, uzun vaxt aparan cinayət işləri. Hadisələrin mərkəzində DİN-in polkovniki Hacı Məmmədov və onun quldur dəstəsi dayanır.

1963–1967-ci illərdə Tacikistan və Əfqanistan respublikalarında işləyib. 1965-ci ildə Tacikistan Respublikasının Ali Soveti tərəfindən Fəxri Fərman və medalla təltif edilib. Ilk kitabı 1965-ci ildə "Əfqan hekayələri" adı ilə Düşənbə şəhərində fars dilində çap olunub. Yaradıcılığı gənclik illərindən başlasa da böyük ədəbiyyata 60-cı illərin ortalarında gəlib. Tələbəlik illərindən başlayaraq kiçik hekayələrlə, şeirlərlə, publisistik məqalələrlə müntəzəm olaraq dövri mətbuatda çap olunub. Müxtəlif illərdə "Kommunist", "Ülfət", "Həqiqətlər və faktlar" qəzetində ədəbi işçi, müxbir və baş redaktor işləyib. 20-yə yaxın kitabın müəllifidir. "Qara yelkənli qırmızı gəmilər", "Dnepr üzərində şəfəq", "Ruhların qayıtması", "Məxmər yuxuların mahnısı", "Əzablı yollarla" "Torpağa tökülən qan" "Topxana meşəsində görüş", "Zülmətdən işığa doğru" və onlarla roman, povest və hekayələri geniş oxucu kütləsi və dövri mətbuatda tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Yusif Əhmədovun qələmindən çıxan hər bir əsər çağdaş milli ədəbiyyatımızın zənginləşməsinə xidmət edir. Yazıçı bir çox fəxri diplomların və fəxri adların sahibidir. Əsərləri bir neçə dilə tərcümə edilmişdir. Bakıda və respublikamızın hüdudlarından kənarda, Almaniyada, Misirdə beynəlxalq kitab sərgilərində kitabları nümayiş etdirilmişdir.

Yazıçı Yusif Əhmədov "Qızıl qələm" mükafatı və medalı ilə təltif edilmişdir. "Ustad sənətkar" Ali Jurnalistika diplomu, "Araz", "Müşfiq" ədəbi mükafatları və diplomları ilə, "Torpağa tökülən qan" romanına görə Azərbaycan Yazıçılar birliyinin "Yaddaş", Milli mükafatına layiq görülmüşdür. "Yeni Carçı" qəzetinin baş redaktorudur.

Yusif Əhmədov 22 martda Bakıda vəfat edib.