Yusif əfəndi Allahyarzadə — məşhur din xadimi, Borçalı qazısı.
Yusif əfəndi Allahyarzadə | |
---|---|
Yusif əfəndi Əfəndiyev | |
Doğum tarixi | |
Doğum yeri | Hasanxocalı, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Arıxlı, Gürcüstan SSR, SSRİ |
Dəfn yeri | Arıxlı |
Uşaqları | Sirəcəddin Əfəndiyev, Ziyəddin Əfəndiyev, Bahəddin Əfəndiyev, |
Atası | Allahyar |
Yusif Allahyarzadə 1859-cu ildə Həsənxocalıda anadan olub. İlk təhsilini Qazax mahalının Şıxlı kəndində aldıqdan sonra Şəkidə ruhani təhsilini davam etdirib. Yusifin dinə, oxumağa olan marağı o dövrün ziyalılarının diqqətini çəkib. Onların maddi köməkliyi sayəsində təhsilini davam etdirməsi üçün Türkiyənin İstanbul şəhərinə göndərilib. İstanbulda yüksək dini təhsilini başa vuran Yusif Əfəndi 1892-ci ildə doğma kəndi Həsənxocalıya qayıdıb. O, Zaqafqaziyanın müftisi Hüseyn əfəndi Qayıbov tərəfindən Borçalı mahalına qazı təyin olunub və Sovetlər hakimiyyətinə qədər bu vəzifədə işləyib. 1897-ci ildə Qafqaz canişinliyinin icazəsiylə Borçalı qazılığı Şüləverdən Arıxlı kəndinə köçürülüb. Yusif əfəndi üçün 300 gümüş pula Arxılı Emin aganın mülkündən ev alınıb. 1899-cu ildə Türkiyədən Arıxlı kəndində inşa edilməsi üçün məscid layihəsini də o, gətirib. Məscidin tikintisinə rəhbərlik etməyi isə kənd mollası Hacı Mahmud Əfəndiyə tapşırıb. Məscidin tikintisi hicri-qəməri tarixiylə 1330-cu ildə (miladi 1912) başa çatıb. Minarənin tikintisi isə iki il sonra başa çatdırılıb. Borçalı qazısı Yusif Allahyarzadə 1916-cı ildə oz kəndi Həsənxocalıda da bir məscid tikdirib. Onun şeirlər külliyatı durur, Keşəli kəndində molla Əflatundadır. Yusif əfəndi Allahyarzadə 1905-1907-ci illərdə Tiflisdə azərbaycanların silahlı ermənilər tərəfindən qırğının qarşısının alması üçün Borçalı atlı dəstələrinin təşkil edilməsində və onların bu şəhərə göndərilməsində xidməti böyükdür. 1918-1920-ci illərdə isə vəziyyət daha ağir idi. Həmin dövrdə Borçalı Gürcüstan, Ermənistan və Azərbaycan arasında mübahisəli əraziydi və bu məsələ son dərəcə qarmaşıq xarakter almışdı. Qüzey Qafqaz cümhuriyyətləri müstəqil bəyan olunandan sonra Borçalı ərazisini Sənain stansiyasına qədər Alman qoşunları tutmuşdular. Qalan yerlər – Gümrü, Cəlaloğlu, Kolagirən yörələri Türkiyə qoşununun tabeliyidə qalırdı. Yerli Müsəlmanlar Alman qoşunlarına qarşı açıqdan-açığa etirazlarını bildirir və çıxış yolunu Azərbaycana birləşməkdə görürdülər. 1918-ci ildə Borçalıların Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdikləri müraciətdə deyilirdi: ... Bu torpağın pionerləri bizik, sayca əksər çoxluğu biz tuturuq, burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz var. Ona görə də Türkiyə Sultanına və böyük vəzirə müraciət edərək, bizim mərkəzi üsul-idarə Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınmağımız və bizim Tiflis şəhəriylə birlikdə Azərbaycana birləşməyimiz xüsusunda məsələ qaldırırıq. İndi biz Azərbaycan hökumətindən rica eirik ki, bizə qarşı hələ də törədilən fəlakətlərə son qoyulması üçün gərəkli tədbirlər görülsün, evlərimizə, bütöv kəndlərmizə od vurulması, kəndlərin dağıdılması, müxtəlif yerlərdə əmlakımızın yağmalanması və qarət edilməsi sonucunda bizə dəyən zərərin nə qədər olduğunu, bu zərərin ödənilməsini, tezliklə bizə Müsəlman kəndlərində güvənli yaşayışımızın təminatı üçün qoşun göndərilməsi imkanını aydınlaşdıracaq istintaq komissiyası təşkil edilsin. Ədalət və müqəddəs Müsəlmançılıq haqqları adına öz xeyirxahlığıyla hamıya bəlli olan Sizə Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından müraciət edirik. 1337 (1918) ili Məhərrəm ayının 5-i. İmzalar: Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından: Borçalının Sünnü təriqəti üzrə qazısı Allahyarzadə Yusif Əfəndi; Borçalının Şiə təriqəti üzrə qazısı Mühəmməd Şeyx Mühəmməd Əli; Borçalı Xeyriyyə Cəmiyyəti sədri və üzvləri, sədr, üzvlər: Qurban-Əli Əfəndi Xəlilzadə və İsa. (Azərbaycan Mərkəzi Dövlət Arxivi, fond 970, siyahı 1, iş 24, vərəq 14–15; Azərbaycan EA Xəbərləri, Tarix, Fəlsəfə və Hüquq seriyası, # 2, Elm, Bakı 1990, səh. 68-69). Burada adları keçənlərdən Yusif Əfəndi Allahyarzadə Şəkidə, İstanbulda ali ruhani təhsili almışdı, Borçalı qazısı rütbəsini qazanmışdı, 1945-ci ilədək Arıxlı kəndində yaşamışdı. Onun üç oğlu – Sirəcəddin, Ziyəddin (Ziya Borçalı), Bahəddin Əfəndiyevlər (Əfəndizadələr) Borçalıda təhsilin, mədəniyyətin inkişafında önəmli rol oynamışdılar.