Yusif Kərimov (neftçi)

Yusif Xankişi oğlu Kərimov (1925, Qaryagin qəzası1995, Bakı) — Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı, Lenin Ordeni və 2 dəfə "Şərəf nişanı" ordeni laureatı.

Yusif Kərimov
Yusif Xankişi oğlu Kərimov.jpeg
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti neft mühəndisi[d]
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Lenin" ordeni

Yusif Xankişi oğlu Kərimov 1925-ci ildə Azərbaycanın Zəngilan rayonunun Beşdalı kəndində anadan olmuşdur. 1944-cü ildə orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakıya göndərilmişdir. 1944-1952-ci illərdə «Azneft» birliyinin Turbinli qazma idarəsində fəhlə, qazmaçı köməkçisi, qazma ustası; 1952-1957-ci illərdə «Gürgan-dəniz» trestinin lNs-li Qazma idarəsində (indiki Neft Daşlan Qazma İşləri İdarəsi) qazma ustası, 1957-1960-cı illərdə isə sahə rəisi işləmişdir. 1960—1968-ci illərdə «Azdənizneftaxtanş» trestinin 2N°-li Qazma İdarəsinin direktoru, 1968—1971-ci illərdə «Abşeron- qazma» trestinin rəisi, 1971-1975-ci illərdə Sahil Dəniz Kəşfiyyat Qazma İdarəsinin direktoru, 1976—1995-ci illərdə Qobustan Qazma İşləri İdarəsində direktorun müavini və mühəndis vəzifələrində çalışmışdır. Y.X.Kərimov «Neft Daşları)); «Gürgandəniz», «Qumdəniz», «Gənub» və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir. Y.X.Kərimov Bakı arxipelaqı yataqlarında qazma işləri apanlan müəssisələrə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, eləcə də bacanqlı təsərrüfatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir. Onun rəhbərlik etdiyi kollektiv Respublikada həmişə qabaqcıllar sırasında olmuş, keçici qırmızı bayraqlarla və pul mükafatları ilə təltif edilməklə fərqlənmişdir. Y.X.Kərimovun rəhbərlik etdiyi dövr ərzində 2 saylı qazma kontorunun kollektivi tərəfindən «Səngəçal-dəniz», «Duvanm-dəniz», «Xərə-Zirə» adası yataqları aşkar olunub istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazma İdarəsi adı ilə həmin müəssisə fəaliyyət dairəsini daha da genişləndirərək, zəngin təcrübə və biliyə malik kadrların əməyi sahəsində daha böyük dərinliklərdə (6600 metrə qədər) qazma işlərini davam etdirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yusif Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazma ustası kimi müxtəlif vəzifələrdə Neft Daşları, Kürgən-dəniz, Qum adası-dəniz, Cənub və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir.

1960-cı ildən Bakı arxipelaqı yataq larında qazma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, eləcə də bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir. Onun rəhbərlik etdiyi kollektiv Respublikada həmişə qabaqcılar sırasında olmuş, keçici qırmızı bayraqlarla və pul mükafatları ilə təltif edilməklə fərqlənmişdir.

Yusif Kərimovun rəhbərlik etdiyi dövr ərzində 2 saylı qazma kontorunun kollektivi tərəfindən Səngəçal-dəniz, Duvannı-dəniz, Xarə-Zirə adası yataqları aşkar olunub istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazma idarəsi adı ilə həmin müəssisə fəaliyyət dairəsini daha da genişləndirərək zəngin təcrübə və biliyə malik kadrların əməyi sayəsində daha böyük dərinliklərdə (6600 metrə qədər) qazma işlərini davam etdirmişdir. Həmin kollektivin fəaliyyəti ilə sonralar Bulla-dəniz neft-qaz kondensat yatağı, Qarasu, Ələt-dəniz neft-qaz yataqları aşkar olunub.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • “Lenin” ordeni;
  • "Şərəf Nişanı” ordeni (2 dəfə);
  • Azərbaycan SSR-nin Əməkdar Neftçisi
  • “Sosialist Əməyi Qəhrəmanı” [1]
  1. "Указ Президиума Верховного Совета СССР о присвоении звания Героя Социалистического Труда работникам нефтяной и газовой промышленности" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.