Yusif Vəliyev (ictimai xadim)


Yusif Vəliyev (06.07.1988, Bakı - əslən Qazax rayonu, Qaymaqlı kəndindəndir) – Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, UEFA Avropa Liqasi 2019 Finalı və UEFA AVRO 2020 Bakı könüllülərinin rəhbəri, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin və Könüllülər Proqramının rəhbəri, marketinq mütəxəssisi.[1]

Yusif Vəliyev
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ali

Təhsili[redaktə | mənbəni redaktə et]

Bakı şəhəri 191 saylı məktəbdə orta təhsil alıb (1994–2005).

Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarə Edilməsi (2005–2009) və İstanbul Universiteti (Türk Dünyası Araşdırmalar Vakfı) Biznesin Təşkili və İdarə Edilməsi üzrə (2005–2010, paralel təhsil), həmçinin Liverpul Universitetində İdman Menecmenti (2013, 1 illik proqram) üzrə ali təhsil alıb.

İş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2009-cu ildən AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəhbəridir (bütün yaş qrupları üzrə liqalar).[2]

Eyni zamanda AFFA Könüllülər Proqramının rəhbəridir.[3][4]

2012-ci il FIFA U-17 Qadınlararası Dünya Çempionatında azarkeşlərlə iş üzrə koordinator olub.

2015–2021-ci illərdə “Modern Marketing”in təsisçisi olub, marketinq məsləhətçisi kimi çalışıb.[5]

2018–2019-cu illərdə UEFA Avropa Liqasi 2019 Finalı Təşkilat Komitəsində və 2018–2021-ci illərdə UEFA AVRO 2020 Bakı Təşkilat Komitəsində Könüllülük Departamentinin rəhbəri olub.

2021-ci ildən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədridir.[6][7][8][9][10]

Sosial fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2006-cı ildən müxtəlif gənclər təşkilatlarında rəhbər və layihə rəhbəri olub. 2008–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatının sədri olub.

12.12.2022-28.04.2023 tarixlərində Xankəndi-Laçın yolunda ekoloji aksiyada könüllülərin rəhbəri (könüllülər üzrə təşkilatçı), aksiya iştirakçısı olub.[11] 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş, Malatya, Hatay və Adıyaman şəhərlərində zəlzələnin fəsadlarının aradan qaldırılmasında, minlərlə sakinə humanitar yardımların çatdırılmasında, eləcə də digər zəruri dəstək tədbirlərinin təmin edilməsində iştirak edən Azərbaycan könüllülərinin rəhbəri olub.[12]

Layihələri[redaktə | mənbəni redaktə et]

AFFA-nın və digər təşkilatların layihələrində müəllif, təşkilatçı, koordinator, layihə rəhbəri olub:

Xəzər Mirvarisinin 7 möcüzəsi (Beynəlxalq gənclər layihəsi, 2006); Məzun Yarmarkası 2007 (Azərbaycan Dövlət İqtisad Universiteti); Məzun Yarmarkası 2008 (Azərbaycan Dövlət İqtisad Universiteti); Street Cup (AFFA və Təhsil Nazirliyi, 2010); Futbola qoşul (AFFA və AccessBank); Caspian Cup (beynəlxalq layihə); Marketing Camp; Marketing Elite Club (2011); Marketing Elite Club 2; İlk Qış Universiteti (gənclər üçün, Qazax, 2012).

Mükafatları[redaktə | mənbəni redaktə et]

2008-ci ildə SIFE (“Tələbələr azad sahibkarlıq fəaliyyətində”) olkə çempionatının qaibi olub (Enactus) və həmin il SIFE dünya çempionatında fərqlənmə medalına layiq görülüb (Enactus).

2008 və 2009-cu illərdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ictimai və siyasi fəaliyyətinə görə “İlin Gənci” mükafatı ilə təltif olunub.

2019-cu ildə UEFA Avropa klub yarışlarının tarixi ərzində könüllü cəlbinə görə rekorda imza atıb, AVRO 2020-də də Avropanın 12 şəhəri arasında könüllü cəlbinə görə UEFA tərəfindən I yerə layiq görülüb.[13][14]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

"CBC Sport"un xəbər aparıcısı Əminə Kazımova (Vəliyeva) ilə evlidir.[15]

İstinadlar[redaktə | mənbəni redaktə et]