Yusif xan Ərfəi

Yusif xan Ərfəi (1891 - 1926) — İran jandarmasının zabiti.

Yusif xan Ərfəi
fars. یوسف ارفعی
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Salmas, Cənubi Azərbaycan
Fəaliyyəti hərbi qulluqçu

Yusif xan Ərfəi 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İlk təhsilini doğma şəhərində almışdı. Sonra Osmanlı dövlətinə, İstanbul şəhərinə yollanmışdı. Orta və hərbi təhsilə bu şəhərdə yiyələnmişdi. 1913-cü ildə Osmanlı ordusunda naib (leytenant) kimi xidmət etmişdi. Birinci dünya müharibəsi dövründə müxtəlif rütbələrlə döyüşmüşdü. Osmanlı cəbhələrində "Qızıl Ay" cəmiyyətində rəşadət və şücaət göstərmişdi. Almaniya qərargahı tərəfindən Dəmir xaç ordeni ilə təltif olunmuşdu. Osmanlı ordusunda sərvan (kapitan) rütbəsinə qədər yüksəlmişdi.

Yusif xan Ərfəi 1919-cu ildə artilleriya zabiti kimi vətənə dönmüşdü.İran jandarmasında xidmətə başlamışdı. 1921-ci ildə yavər (mayor) rütbəsinə layiq görüldü.

Yusif xan Ərfəi Təbriz ordusu yarandıqdan sonra topxana rəisi vəzifəsinə təyin edildi. Sərhəng (polkovnik) rütbəsi ilə Urmiya qoşununa da rəhbərlik etdi. 1925-ci ildə Üşnəviyyə hissəsinə rəis göndərildi. 1926-cı ildə Salmas kazarmasında baş verən üsyanda həmin hissənin rəisi idi. Güllə ataşi ilə qətl edildi.