Yusuf Tekin

Yusuf Təkin (d. 3 avqust 1970; Tortum, Ərzurum) — türk akademiki və hazırda Türkiyə Respublikasının Təhsil Naziri.[1]

Yusuf Təkin
Türkiyə Cümhuriyəti Təhsil Naziri
Vəzifədədir
04.06.2023-cü ildən
ƏvvəlkiMahmut Özər
Şəxsi məlumatlar
Doğum tarixi (54 yaş)
Doğum yeri Tortum, Əruzum, Türkiyə Cümhuriyyəti
Həyat yoldaşı Ayşə Təkin
Uşağı 3
Ailəsi Evli
Dini İslam

Yusuf Təkin 1970-ci ildə Ərzurumun Tortum rayonunda anadan olub. İbtidai və orta təhsilini Rizədə bitirmişdir. 1994-cü ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsi "Dövlət İdarəçiliyi" ixtisasını bitirən Təkin, peşə fəaliyyətinə elə həmin il Sivas Cümhuriyyət Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Dövlət İdarəçiliyi Bölümü şöbəsində elmi işçi kimi başlamışdır.

1997-ci ildə siyasi və ictimai elmlər üzrə magistr dərəcəsini, 2002-ci ildə isə doktoranturasını tamamlayan Təkin, Tokat Gaziosmanpaşa Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Dövlət İdarəçiliyi bölməsinə müəllim vəzifəsinə təyin edilib. 2007-ci ilə qədər sözügedən fakültədə yardımçı dosent vəzifəsində çalışan Təkin həmin il Siyasət və İctimai Elmlər (Siyasi Həyat və Qurumlar) sahəsi üzrə dosent oldu.[2]

2009-cu ilə qədər Tokat Gaziosmanpaşa Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi Dövlət İdarəçiliyi bölməsində çalışdıqdan sonra Polis Akademiyasının Təhlükəsizlik Elmləri Fakültəsinə təyin olunub.

Akademik fəaliyyəti dövründə o, həmçinin kafedra müdiri, dekan müavini, universitet senatının üzvü, professor-müəllim heyəti və institut idarə heyətinin üzvü kimi inzibati vəzifələrdə çalışmışdır.

2011-ci ildə Gənclər və İdman Nazirliyinə nazir müavini təyin olunan Təkin universitet gəncləri və gənclərin problemləri ilə bağlı universitetlərlə birgə layihələr həyata keçirib.

2013-cü ildə Təhsil Nazirinin müşaviri vəzifəsinə başlayıb. Müşavir olduğu müddətdə Ali Təhsil Şurası və universitetlərlə koordinasiyalı şəkildə təhsil siyasətlərinin yaradılması ilə bağlı araşdırmalar aparmışdır. 2015-2018-ci illər arasında Qırğızıstan-Türkiyə "Manas" Universitetinin qəyyumlar şurasının sədri vəzifəsində də çalışmışdır.

Yeni hökumət sistemi ilə müşaviə vəzifəsi ləğv edildikdən sonra müəllimliyə qayıdan Təkin Ankara Yıldırım Beyazıt Universiteti Siyasi Elmlər Fakültəsi Siyasi Elmlər və Dövlət İdarəçiliyi kafedrasına professor vəzifəsinə təyin edilib.[3]

2014-cü ildə "Qarışıq cins təhsili lazım deyil" deyən Tekin daha əvvəl qarışıq cinsi təhsillə bağlı fikirlərini bildirmişdi.[4][5]

Professor Yusuf Təkin 15 sentyabr 2018-ci ildə Ankara Hacı Bayram Vəli Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

Təkin rektor vəzifəsini icra edərkən 4 iyun 2023-cü ildə Təhsil Naziri vəzifəsinə təyin edilib.[6]

Evli və üç uşaq atası olan Tekin ingilis dilini yüksək səviyyədə bilir.[1][7]

  1. 1 2 "Presidency Of The Republic Of Turkey: Yusuf TEKİN". www.tccb.gov.tr. İstifadə tarixi: 2023-11-24.
  2. "Yusuf Tekin kimdir? Milli Eğitim Bakanı Yusuf Tekin hangi görevlerde bulundu?" [Who is Yusuf Tekin? Which duties has he previously served?]. birgun.net (Turkish). BirGün. 2023-06-05. İstifadə tarixi: 2023-11-27.
  3. "Prof. YUSUF TEKİN | AVESİS". Ankara Yıldırım Beyazıt University Research Information System. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
  4. Kavaklı, Ali Erkan. "Milli Eğitim Şurası, Karma Eğitim, Eğitim Bir-Sen - Yeni Akit" [National Education Council, Mixed Education, Education]. www.yeniakit.com.tr (türk). Yeni Akit. 2014-12-11. İstifadə tarixi: 2023-11-27.
  5. ""Karma eğitim zorunlu değil" diyen Yusuf Tekin, Milli Eğitim Bakanı oldu" [Yusuf Tekin, who said "Mixed-sex education isn't mandatory" becomes Minister of National Education]. birgun.net (Turkish). BirGün. 2023-06-04. İstifadə tarixi: 2023-11-27.
  6. "T.C. Resmî Gazete YÜRÜTME VE İDARE BÖLÜMÜ ATAMA KARARI" (PDF). 32211 (türk). Resmî Gazete. 2023-06-04. 2023-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-27.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; :1 adlı istinad üçün mətn göstərilməyib