Yuxarı Əylis mədrəsəsi

Yuxarı Əylis mədrəsəsiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində tarixi-memarlıq abidəsi.

Yuxarı Əylis mədrəsəsi
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonunun Yuxarı Əylis kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Yuxarı Əylis mədrəsəsi (Azərbaycan)
Yuxarı Əylis mədrəsəsi

Şah Abbas məscidinin şimal-şərqində, məscidə bitişik, üzü cənuba ikimərtəbəli binadan ibarətdir. Bəzi adamlar onu yanlış olaraq qonaq evi adlandırır. I və II mərtəbələr giriş və əsas salondan ibarətdir. Girişi cənubdandır. şərq divarı məscidin qərb divarına birləşib. Alt salonun – I mərtəbənin atması yoxdur. Tavan daşla tağvarı hörülüb. Əsas salonun üç pəncərəsi var. II mərtəbəyə birincinin giriş salonundan, divarda daşdan hörülmüş dolama pilləkənlə çıxılır. Vintvari bu pilləkən mədrəsənin damına qədər çıxır. II mərtəbə də 2 otaqlıdır. Birinci salonda bir, ikinci salonda üç pəncərə var. Şah Abbas məscidinin yanında fəaliyyət göstərən bu mədrəsədə Yuxarı Əylisin və ətraf kəndlərin uşaqları təhsil alırmış. Məscidlə eyni dövrə, XVI-XVII əsrə aid etmək olar.

  • Səfərli H.Y. Yuxarı Əylis: tarixi, abidələri. AMEA Naxçıvan bölməsinin "Xəbərləri", N.: 2007, №3.