Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhərində Arzu Əliyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq.[1][2][3][4][5]
Yuxarı məhəllə sinaqoqu | |
---|---|
41°04′02″ şm. e. 47°27′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Oğuz |
Yerləşir | Oğuz |
Tikilmə tarixi | 1897 |
Vəziyyəti | Təmir olunub (2004—2006) |
Kateqoriya | Sinaqoq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı məhəllə sinaqoqu Oğuz şəhərində Arzu Əliyeva küçəsində yerləşir. Sinaqoq 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet işğalından sonra digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.[1]
Azərbaycan yenidən müstəqil olduqdan sonra 2004–2006-cı illərdə ilin sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir edilib. Hal-hazırda sinaqoqdan ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.[1][2]