Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları

Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları — 1837-ci ilin payızında Yuxarı və Aşağı Kanadada inqilabi şərait yetişdi. Ümumi mitinqlər keçirildi, əhali küçələrə yığışdı.Bu illərdə yüzlərlə silahlı vətəndaş idarəçi elitalara öz etiraz və tələblərini bildirdi. Rəhbərlik öz siyasətində və iqtisadiyyatında dəyişikliklər tələb etdi. 1836-cı ilin zəif kənd təsərrüfatı məhsulları gələcək il üzrə toxum, vəsait almaq üçün kafi deyildi.

Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları
Tarix 7 dekabr 1837
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uiliam Layon Makkenzi Yuxarı Kanadada 1837-ci ilin yazında siyasi birlik və ehtiyat komitələri və islahat yığıncaqları təşkil etdi. O, Cənubi Ontarioda inqilabçıları təşkilatlandırdı və Aşağı Kanadadakı vəziyyətdən faydalanmağa hazırlaşırdı. Makkenzi Sent-Denidəki hadisələri eşidincə öz üsyanını Torontodan başlamağa qərar verdi. Yuxarı Kanadada üsyan dekabrın əvvəlində başladı.Makkenzi və silahdaşları olan Piter Metyu, Samuel Launt qərarlı şəkildə hərəkət etdilər,amma,burada da Aşağı Kanadada olduğu kimi rəhbərlər arasında ikitirəlik, ziddiyyət müşahidə olunurdu.Konfliktin gedişini silah və güc müəyyən etdi.Burada isə üstünlük hakimiyyətin tərəfində idi.Bərabər olmuyan döyüşlərdən sonra üsyançılar ABŞ sərhədlərinə çəkildi. Makkenzi Buffaloda özünə sığınacaq tapdı.13 dekabrda isə o, Niaqara şəlaləsindən 2-3 mil aralıda olan Sent-Neviyə gəldi.Yuxarı Kanada respublikasını və Müvəqqəti Hökumət yaratmaq istədi.ABŞ-nin mövqeyi isə buna fərqli idi. Belə ki,ingilislərlə münasibətlər kəskinləşdikdən sonra ABŞ Kanada vətənpərvərlərinə kömək göstərilməsini qadağan etdi.Üsyançılar ərazini tərk etmək məcburiyəttində qaldılar. ABŞ-də təqib,patriotları(vətənpərvərləri) məcbur etdi ki,gizli xəmiyyətlər yaratsınlar. Bunların içində "Ov lojası" adlanan cəmiyyətdə vardı.1838-1839-cu illərdə ovçular və vətənpərvərlər Yuxarı Kanadada üsyan qaldırmaq məqsədilə bir neçə ekspedisiya təşkil etdilər. Amma saylarının azlığı səbəbindən məğlub oldular. Hakimiyyət üsyançılarla qəddar davrandı.9 minə yaxın insan repressiyaya məruz qaldı.Onların yarısını fəhlələr, 40%i fermerlər təşkil edirdi. Bundan əlavə, qurbanlar arasında vəkil,müəllim,tacir və b. vardı. Torontoda edam olunanlar arasında fermer Piter Metyu,Semuel Launt,Kinqstonda Polşa inqilabçı demokratı Joltevski və b. vardı.

Aşağı Kanadada çıxışların ilk nöqtəsi 23 oktyabrda Sent-Şarlda keçirilən 5000 nəfər vətənpərin mitinqi oldu. Burada başlanan inqilabın rəhbərləri iştirak edirdilər: Papino, Nelson,Braun və başqaları.Mitinq qətnaməsində üsyana birbaşa çağırış yox idi, amma qəbul edilmiş qərarlar hökuməti narahat edirdi.(məsələn, xalq milisinin yaradılması tələbləri, məhkəmə sistemlərinin yaranması tələbləri).Bu səbəblərdən hökumət qərar verir ki, üsyan liderləri həbs olunsun. Sonradan Durham(Darem) öz hesabatında bildirmişdir ki, "İngilislərin öz fəaliyyətləri nəticəsində üsyan sürətlənmişdir. "Silahlı mübarizənin mərkəzi Rişelye çayı vadisi oldu. Noyabrda buraya Aşağı Kanadanın əsas üsyançı qüvvələri toplanmışdı. Nelson Sent-Denidə müdafiəyə hazırlaşırdı. Sent-Şarlda vətənpərvərlərə Braun başçılıq edirdi.Papino isə qonşu Sent-İasentdə idi. 23 noyabrda nizami ingilis qoşunu Sent-Deninin mühasirəsinə başlayır.Bu döyüşdə Nelsonun dəstəsi ilk və son qələbəsini qazanır. Yüzə yaxın insan və silah itkisi verən rəqib mühasirəni dayandırır.

25 noyabrda Sent-Şarlda vətənpərvərlər ağır məğlubiyyətə uğradılar. Onlar daha üstün qüvvə ilə üzüzə gəlmişdilər. Üsyanın lideri Braun (o. azadlıq oğulları təşkilatının rəhbəri idi) kifayət qədər şücaət göstərmədi. Hücumun lap əvvəlində o qaçaraq dəstəsini başsız qoyur və bu da vətənpərvərlərin məğlubiyyətinə təsir göstərmiş olur. Artıq noyabrın sonunda Rişelye çayı rayonunda üsyan yatırılır, kəndlər qarət edilir. Üsyançıların bir hissəsi və onların rəhbərləri Kanada-Amerika sərhəddinə yollanır. Əgər Jironun Monreal üzərinə yürüş planı qəbul olunsaydı,üsyanın digər ocaqları Monrealdan şimal-qərbə, Sent-Estaşen və Sent-Benua üsyanının inkişafında həlledici rol oynaya bilərdi.Üsyanın baş verdiyi digər ərazilərdə və dəstələrdə fəaliyyət zamanı ümumi razılığa gəlməmək,başlıca olaraq isə müdafiə taktikası bir neçə yüz vətənpərvəri Kolbornun 2 min nəfərlik qoşunu ilə üz-üzə qoydu.1838-ci ilin yay və payızında Rişelye rayonunda Nelsonun rəhbərliyi ilə yenidən üsyqn baş verir.Bu üsyqn zamanı da bir neçə yüz vətənpərvərə qarşı Kolbornun üstün qüvvələri dayanmışdı.Üsyandan sonra təkcə Monrealda 600-dən çox insan repressiyaya məruz qalır. 108 nəfər hərbi tribunal qarşısında cabab verir.Onlardan on ikisi ictimai şəkildə edam olunur.

Ümumilikdə, 1837-1838-ci il üsyanları məğlubiyyətlə nəticələndi.Xarakterinə görə bu üsyan burjua-demokratik, milli azadlıq,antikolonial inqilab idi. Bu həm də,Yeni və Köhnə dünyanı bürüyən inqilabın bir parçası idi(1789 Fransa burjua imqilabı).Britaniya Şimali Amerikasında üsyanların məğlubiyyəti milli azadlıq hərəkatının sonunu deyil, başlanğıcını ifadə edirdi.Üsyan dövründə burjua-demokratik inqilabların əsasını təşkil edən bütün məsələlər qoyulmuşdu.

İnqilabi demokratiyanın fəaliyyətlərində qərarsızlıqlar,mübarizənin üsul və metodlarında fikir müxtəlifliyi məğlubiyyətə aparan əsas səbəblər idi. Bu, yalnız liderlərin səriştəsizliyi ilə bağlı deyildi. Sosial qüvvələr hələ tam o qüvvədə deyildi ki, burjua-demokratik çevrilişi etsinlər.Fəhlə sinfi hələ tam olaraq formalaşmamışdı və müstəqil güc kimi özünü ifadə edə bilmirdi.