Yuyucu-dispersiyaedici aşqarlar

Yuyucu-dispersiyaedici aşqarlar – tərkibində metal saxlayan yuyucu, alkilsalisilat, sulfonat, alkilfenolyat, ditiofosfatlar və külsüz dispersiyaedici yüksək molekullu Mannix əsasları, suksinimid aşqarlardır. Küllü yuyucu aşqarlar qələvi ədədi 20–300 mq KOH /q olan əsasən Ca, Mg və Ba duzlarıdır, külsüz dispersiyaedici aşqarların qələvi ədədi 45 mq KOH /q yüksək deyil.[1]

Təsir mexanizmi

[redaktə | mənbəni redaktə et]

Bu aşqarların əsas vəzifəsi: mühərrik detallarının karbon çöküntülərindən təmiz saxlamaq (solyubilizasiya və dispersiyaedici xassələri), onların səthinə yağlardan çöküntünün çökməsinin qarşısını almaqdan (stabilizasiya və peptizasiya xassələri), mühərrik yağının oksidləşməsi nəticəsində əmələ gələn və yanma kamerasından mühərrikə daxil olan turş maddələri neytrallaşmaqdan ibarətdir. Müxtəlif növ yuycu-dispersiyaedici aşqarların təsir effektliyi onların kolloid quruluşlarının xüsusiyyətlərindən asılıdır. Yüksək qələvili aşqarlar yağda metal karbonatın kolloid dispersiyasından ibarətdir və tərkibləri aşağıdaki kimi göstərilir:[1]

  • sulfonat ( ArRSO3)2 Ca • [ CaCO3]m
  • fenolyat ( OC6H4RSn )2 Ca • [ CaCO3]m
  • salisilat ( HO C6H4COO )2 Ca • [ CaCO3]m

Suksinimid aşqarlar

[redaktə | mənbəni redaktə et]

Külsüz polimer aşqarlar (kəhraba turşusunun imid törəmələri) – alkenilsuksinimidlər geniş yayılmışdır. Suksinimid aşqarlarının digər tip yuyucu aşqarlardan fərqli cəhəti ondadır ki, onların yuyucu və dispersedici təsirinin effektivliyi daha yüksəkdir. Suksinimid aşqarlarının sintezi əsasən α-olefinlərin və ya onların kiçik molekullu polimerlərinin malein anhidridi ilə qarşılıqlı təsirindən və alınan kəhraba anhidridi törəmələrinin müxtəlif aminlərlə işlənməsi ilə həyata keçirilir.

Malein anhidridinin olefinlərlə və bir-biri ilə bağlı olmayan dienlərlə reaksiyası az öyrənilmişdir. İlk dəfə malein anhidridinin olefinlərlə kondensləşməsi 1934-cü ildə verilmişdir. Reaksiya avtoklavda 1800C–də 2saat müddətində aparılmışdır. Sonradan Alder tərəfindən malein anhidridinin, müxtəlif molekul kütləli və quruluşlu olefinlərlə kondensləşməsini öyrənilərək göstərilmişdir ki, olefinin molekul kütləsi nə qədər yüksək olsa, kondensləşmə reaksiyası daha asan gedir. Alder hesab edir ki, malein anhidridi olefinin ikili rabitəli karbon atomuna birləşir; bu zaman ikili rabitə olefinin molekulunun daxilinə keçir. Külsüz detergent-dispersləşdirici aşqarlar motor yağla¬rının əsas komponentlərindəndir, DYM-də (daxili yanma mühərriki) bütün fəsillərdə istifadəsi və uzun müddətli dəyişmədən (fasiləsiz) işləməsi nəzərdə tutulmuşdur. Bu tip aşqarlar əsasən iki növ birləşmədən ibarətdir. Suksinimidlər iki və daha çox monomerlərin sopolimer¬ləşməsindən alınan aşqarlardır.

Suksinimid aşqarları çox maraqlı aşqarlardır ki, nisbətən aşağı temperaturda (1200C) çöküntünün əmələ gəlməsinin qarşısını alır. Sürtkü yağlarının yuyucu-dispersedici xassəsi ilə yanaşı özlülük-temperatur xassələrini də yaxşılaşdırır. Bu aşqarlar polimer təbiətlidir. Bu aşqarların sintezində etilenin, propilenin, izopropilenin, butilen-1-in və izobutilenin, eləcə də heksen-1-in oliqomerlərindən istifadə edilir. Suksinimid aşqarları çox bahalıdır. Ona görə də, bu aşqarlardan inkişaf etmiş ölkələrdə istifadə edirlər. Məsələn: ABŞ-da bir çox sürtkü yağlarının markaları yalnız suksinimid və antioksidant əsasında hazırlanır. MDB respublikalarında C-5A suksinimid aşqarı geniş istifadə olunur. C-5A aşqarını poliizobutenilkəhraba anhidridinin dietilentriaminlə və ya tetraetilenpentaminlə qarşılıqlı təsirindən alınır.

Amerika, İngiltərə və Fransa sənayesində OLOA-1200 suksinimid aşqarı istehsal olunur. OLOA-1200 aşqarını poliizobutilenkəhraba anhidridinin poliaminlərlə işləməsindən alınır. Qeyd etmək lazımdır ki, suksinimid aşqarları yuyucu və dispersedici xassələrə malik olaraq, korroziyaya qarşı xassələrə malik deyillər.Buna görə də, bu aşqarları kompozisiyalarda korroziyaya qarşı aşqarlarla istifadə edilirlər, ancaq ədəbiyyatda da yuyucu-dispersedici xassələri ilə bərabər, korroziyaya qarşı xassəli suksinimid aşqarlarına da rast gəlmək olur. Suksinimid aşqarlarına P, S, B və s. atomlarını daxil etməklə, onların korroziyaya qarşı xassələrinə nail olurlar. Külsüz detergent-dispersləşdirici aşqarlar çox maraq kəsb edir. Bunların içərisində daha çox işlənən borun modifikasiya edilmiş birləşməsidir. Ən çox bor tərkibli dispersantlar Texaco İnc, Exxon Chemica Patents İnc, Mobil Oil Corp., Chevron Reseaqreh Co firmaları tərəfindən patentləşdirilmişdir. Bunlar əsasən 2-dək azot və 1-bor tərkibli modifikasiya edilmiş suksinimidlərdir.

Yuyucu-dispersiyaedici aşqarlar dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi motor yağlarının aşqarlar paketinin 50% -dən çoxunu təşkil edir. Hal – hazırda Rusiyanın Роснефть, Газпромнефть, Лукойл ( ЛЛК Нафтан), НПП Квалитет, Пластнефтехим şirkətləri müxtəlif qələvili alkilsalisilat, fenolyat, ditiofosfat, suksinimid, neft və sintetik sulfonat (qələvi ədədi 500 mq KOH /q olan) aşqarları istehsal edir.[1]


  • К.И.Садыхов. "Нефтяные и синтетические сульфонатные присадки к моторным маслам". Баку, "Элм", 2006, 180с.
  • С.Б. Борщевский. – Мир нефтепродуктов, 2007, №5, с.42–46.
  • В.М. Фиалко. — Мир нефтепродуктов, 2013, №2, с.40–43.
  • А.М.Кулиев. "Химия и технология присадок к маслам и топливам", Л, 1985, 312 с.
  • E.Ə.Nağıyeva "Motor yağları və onlara aşqarlar", Bakı ""Optimist", 2022.
  1. 1 2 3 А.М.Кулиев. "Химия и технология присадок Arxivləşdirilib 2022-09-19 at the Wayback Machine к маслам и топливам", Л, 1985, 312 с.