Zöhrab Əhməd oğlu Vəliyev — ABŞ-nin Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor.[1][2]
Zöhrab Vəliyev | |
---|---|
Zöhrab Əhməd oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Zöhrab Əhməd oğlu Vəliyev 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində almışdır 1977-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, 1986-cı ildən ömrünün sonunadək isə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmiş, universitetin Elmi Şurasının elmi katibi, Texniki təlim fakültəsində dekan müavini və Fizika-riyaziyyat fakültəsində dekan vəzifələrini daşımışdır. Z.Vəliyev 1997-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olmuşdur. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir.
Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maqnit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələrinin ardıcıl nəzəriyyəsinin qurulması; elektron və deşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiya- Iarm modelinin verilməsi və onun əsasında deformasiya lüminesensiya hadisəsinin, elektronların dinamik həyəcanlaşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; parçalanmış dislokasiyalar sisteminin tədqiqi və alınan nəticələr arasında yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunun verilməsi; qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya dalğalarının yayılmasının tədqiqi; yarımkeçirici kristallarda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin tədqiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi; həm akustik fononlardan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyaları yarımkeçirici kristallarda qeyri-əsas yükdaşıyıcıların xarici sahə olmadıqda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaqnit sahəsində və eyni zamanda, onların müxtəlif kombinasiyalarında rekombinasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsidir.