Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır[1][2].
Zübeydə Süpürgəçi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1993 (30 yaş) |
Doğum yeri |
Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub[2]. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur[3]. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi[4].
Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub[3][4][5].
2012-ci ildə Olomoucda keçirilən Çexiya Açıq Yarışında 100 metr məsafəyə T54 sünfinda qızıl medal qazanıb. 2012-ci ildə Stadskanaalda keçirilən Atletika üzrə Avropa Çempionatında T54 sinfində 100 metr məsafəyə qaçışda bürünc mükafatçı olub[6].
Süpürgəçi 2013 İstanbul Marafonunun əlil arabası bölməsində yarışır və 2 saat 58 dəqiqə 30 saniyə ilə komanda yoldaşı Həmidə Kurtdan geri qalaraq ikinci olur[7].
O, 2014-cü ildə Suonsidə keçirilən Atletika üzrə Avropa Çempionatında 100 m T54 sinfində bürünc medal qazanır.
2016-cı ildə Grossetoda keçirilən Avropa Atletika Çempionatında əlil arabasında (T54) 100 m məsafəyə qızıl medal və 200 m məsafəyə qaçışda gümüş medal qazanmışdır[8].
2016-cı il Paralimpiya Oyunlarının seçmə mərhələsi olan Dubayda keçirilən 2016 IPC Athletics Grand Prix 8 yarışında T54 sinfində 200 metr məsafəyə qaçışda bürünc, 400 metr məsafəyə qaçışda isə qızıl medal qazanıb. 2016 Qran Prisində 4x400 m estafetdə gümüş mükafatçıdır[8].
Süpürgəçi 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında iştirak edib[4].
Tarraqonada keçirilən 2018 Aralıq dənizi Oyunlarında 800 m T54 sinifində qızıl medal qazandı[9]. 2018-ci ildə Berlində keçirilən Atletika üzrə Avropa Çempionatında 30,96 s nəticə ilə çempionluq rekordunu yeniləyərək 200 metr məsafəyə Avropa çempionu olub[10].