Züleyxa Səfərova (27 noyabr 1999, Azərbaycan) – Azərbaycan tennisçisi. Azərbaycan milli komandasında çıxış edir.
Züleyxa Səfərova | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 27 noyabr 1999 (24 yaş) |
Doğum yeri | |
İdman növü | tennis |
Züleyxa Səfərova 27 noyabr 1999-cu ildə doğulmuşdur. 2014-cü ildə Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 16 yaşlıların mübarizəsində iştirak etmişdir.[1] 2014-cü ildə keçirilmiş Bakı Kuboku turnirində çıxış etmiş, turnirin ən gənc debütantlarından biri olmuşdur. Lakin Belarus təmsilçisi Aleksandra Sasnoviçə məğlub olaraq mübarizəni erkən dayandırmışdır.[2]
Səfərova 2015-ci ildə keçirilmiş Bakı Kubokunda Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə qarşılaşmada 0–2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdır. Cütlüklərin yarışında isə Əminə Dik ilə birlikdə Polina Monova-Kseniya Lıkina cütlüyünə qarşı mübarizə aparmış, lakin 0–2 hesabı ilə məğlub olmuşdurlar.[3]
O, 2018-ci ildə Bakıda keçirilmiş ikinci beynəlxalq həmrəylik tennis çempionatında qız cütlüklərin finalına çıxmış və Anjelika İsayeva ilə birlikdə qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova duetinə qarşı oynamışdır.[4] O, həmin turnirin fərdi yarışında mübarizəni erkən dayandırmışdır.[5]
2021-ci ildə Litvanın Vilnüs şəhərində keçirilmiş Billi Cin Kral Kubokunda Azərbaycan millisinin tərkibində yarışmış[6] və millinin ilk qələbəsinin əldə olunmasında iştirak etmişdir.[7]