Zülfüqar Baratzadə

Zülfüqar Baratzadə (tam adı: Zülfüqar Yaqub oğlu Baratzadə; 8 iyul 1931 – 11 fevral 1991) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1981).

Zülfüqar Baratzadə
Zülfüqar Yaqub oğlu Baratzadə
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (59 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Atası Axund Hacı Molla Yaqub Baratzadə Məhəmmədqulu oğlu
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Baratzadə Zülfüqar Yaqub oğlu 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. 1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı.

11 fevral 1991-ci ildə 60 yaşında vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Aşıq, Dinar, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadmdamı?..", Altay Məmmədov), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Ne-sin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanən-dəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik).

  • Azərbaycan SSR əməkdar artisti — 27.12.1971
  • Azərbaycan SSR Xalq artisti — 24.12.1981[1]
  1. Yenilməz batalyon (film, 1965)
  2. Yeni evlənənlər (film, 1983)
  3. Bəyin oğurlanması (film, 1985)
  4. Ölsəm... bağışla (film, 1989)
  5. Qətl günü (film, 1990)