Məmmədov Zülfüqar Əlif oğlu — Azərbaycan Respublikasının əməkdar memarı (09.11.2007)[1], Azərbaycan Memarlar İttifaqının üzvü, Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi.
Zülfüqar Məmmədov | |
---|---|
Zülfüqar Əlif oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qılışlı, Bərdə rayonu, Azərbaycan SSR |
Təhsili | |
İşləri və nailiyyətləri | |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar memarı (09.11.2007) |
Zülfüqar Məmmədov 1941-ci il yanvar ayının 30-da Bərdə rayonunun Qılışlı kəndində müəllim ailəsində anadan olub. 1948-1958-ci illərdə Bərdə şəhərində 1 saylı orta məktəbi bitirmişdir. 1961-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat Fakultəsinin Memarlıq şöbəsində təhsil almış və 1967-ci ildə ali təhsilini memar ixtisası üzrə başa vurmuşdur[2].
O, ilk dəfə memar kimi fəaliyyətə “BakıDövətLayihə” institutunda başlamışdır. Tez bir zamanda onun işgüzarlığı və bacarığı nəzərə alınaraq 1969-cu ildə o, baş memar vəzifəsinə, 1973-cü ildə isə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir.. Bir çox mülki və sosial obyektlərin müəllifidir[2].
Məmmədov Z.Ə. 1974-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür[2].
Məmmədov Z.Ə. 01.02.2008-ci il tarixindən 08.08.2011-ci il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır[2].
Hal-hazırda “Bakı Dövlət Layihə İnstitutu”nun Baş mühəndisi və memarlıq şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərir[2].
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 09.11.2007-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adı ilə təltif olunmuşdur[1].