Zülfüqar Musayev (tam adı:Zülfüqar Fətulla oğlu Musayev, d.1932, Sabirabad-v.2004, Bakı) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (IV) direktoru.
Musayev Zülfüqar | |
---|---|
Zülfüqar Fətulla oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Petropavlovka, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Mükafatları |
Zülfüqar Fətulla oğlu Musayev 20 iyun 1932-ci ildə Sabirabad şəhərində anadan olmuşdur.[1] 1941-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi bitirmişdir. 1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) inşaat fakültəsində “Su təsərrüfatı və kanalizasiya” ixtisası üzrə təhsil almışdır. Mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1956-cı ildə Azərbaycan Kənd Tikintisi Layihə İnstitutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış və şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 1967-1970-ci illərdə Ümumittifaq Su- Kanal Layihə İnstitutunun Bakı filialında şöbə rəisi işləmişdir. 1970-1972-ci illərdə “İmumittifaqsukanallayihə” İnstitutunun Bakı filialının direktoru olmuşdur. Bu illərdə Kür çayından Bakı şəhərinə su kəmərinin çəkilməsində yaxından iştirak etmişdir və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1972-ci il aprelin 15-də Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi İnstitutuna direktor təyin edilmiş və bu vəzifədə 24 oktyabr 1975-cı ilə kimi işləmişdir. “Azdövsutəslayihə” İnstitutuna rəhbərlik etdiyi dövrdə Arpaçay su anbarının, Baş Mil kanalının, Tərtər çayından sugötürən magistral kanalın və digər obyektlərin layihələrinin hazırlanmasında xüsusi əməyi olmuşdur. Zülfüqar Musayev 1976-cı ildən 1988-ci ilə kimi Azərbaycan KP MK-da Su təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu illərdə Azərbaycan ərazisində meliorasiya və su təsərrüfatı sahəsində aparılan bütün tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmiş, görülməsi nəzərdə tutulan işlərin təşkilatçılarından biri olmuşdur. 1988-1992-ci illərdə Azərbaycan Hidrometeoloji Xidmət İdarəsində rəis müavini, 1992-ci ildən müstəqil Azərbaycan Respublikasında Dövlət Hidrometeorologiya Komitəsində sədr vəzifəsinə təyin edilmişdir. 1994-cü ildə Ümumdünya Meteorologiya Təşkilatında (ÜMT) ölkəmizin daimi nümayəndəsi seçilmişdir. ÜMT-nin Xəzər dənizinin Hidrometeorologiya və Çirklənməsinin Monitorinqi üzrə 1994-cü ildə Tehranda, 1997-ci ildə Bakıda keçirdiyi müşavirələrdə Koordinasiya Komitəsinin sədri seçilmişdir. Musayev Zülfüqar Fətulla oğlu 2004-ci ildə, 72 yaşında vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.