Zülqədərovlar

ZülqədərovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Zülqədərovlar
Titul Bəy
Əcdadı Zülqədər
Təbəəliyi Gəncə xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əha-lisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqə-dərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaĢayırdılar. şəmşəddil Sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmış-dı… Tarixdə şəmsəddin Sultanlığı (mahalı) da adlandırılan şəmşəd-dil Sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı… şəmşəd-dilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747–1761-ci illərdə sultanlıq etmişdi. şəmsəddilin ən qüdrətli sultanı Nəsib sul-tan olmuĢdur (1797–1819).[1]

Zülqədərovların 34.278 desyatin torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları baş verib. Qatır Məmmədin rəhbərliyi ilə kəndli hərəkatı Zülqədərovların torpaqlarını da bürüyüb və 1918-ci il yanvarın 5–6-da baş verən üsyan zamanı nəslin başçısı kimi tanınan məşhur Allahyar bəy Zülqədərov öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, 1918-ci ilin 5–6 yanvar günlərində Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, kiçik qızı Şahbanu xanım və arvadı Seyidnisə xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.[2]

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  2. [1]