Zümrüdçiçəkvari puşkiniya

Zümrüdçiçəkvarı puşkiniya (lat. Puschkinia scilloides Adams) — Hiasintkimilər fəsiləsinə aid bitki növü.

Zümrüdçiçəkvari puşkiniya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zümrüdçiçəkvari puşkiniya
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır. Tac 2 dəfə çiçəkyanlığından qısadır, oyuqlu, ikidişcikli kənarlıdır. [1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə mart-may aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaqla çoxalır. Yuxarı dağ qurşağında müxtəlif otlu qruplaşmalar əmələ gətirir. [1][2][3]

Yayılması[redaktə | mənbəni redaktə et]

Diabarda (Qarabağ-yurdu dağında və Orand kəndində). [1][2][3][4][5][6]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının sayı azalı, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. [1][2][6]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal –qara tərəfindən tapdalanması).[1] [2]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. [1][2]

Sinonimləri[redaktə | mənbəni redaktə et]

Adamsia scilloides (Adams) Willd. 

Puschkinia hyacinthoides Baker.

Puschkinia libanotica Zucc. 

Puschkinia scilloides var. libanotica (Zucc.) Boiss. 

Puschkinia sicula Van Houtte.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
  3. 1 2 3 Флора Азербайджана, 1952
  4. Ибадлы О.В. 2005
  5. Конспект флоры Кавказа, 2006
  6. 1 2 Tərtibçinin məlumatı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]