Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi[1].
Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur[2].
Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur.