Zəfər Quliyev (güləşçi)

Zəfər Quliyev - Azərbaycanlı güləşçi, yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində olimpiya oyunları və dünya çempionatı mükafatçısı, üçqat Avropa və ikiqat SSRİ çempionu.

Zəfər Quliyev
Doğum tarixi (52 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan
Fəaliyyəti güləşçi[d]

1972-ci il iyun ayının 17 -də Lənkəran şəhəri Lüvəsər kəndində çoxuşaqlı fəhlə ailəsində anadan olmuşdur.Ilk addimlarini 5-6-ci sinifde oxuyarken Yunan-Roma gules idman novu uzre Lenkeran U.G.I.mektebinde mesgci Hokumolla Gasimovun rehbirliyi altinda atmishdir.1985- ci ildə Bakıda idman internatına daxil olmuşdur. 1989-cu ildə internatı bitirmiş və idman ustası normativini yerinə yetirmişdir. Həmin il Bakıda Olimpiya Ehtiyatı məktəbinə daxil olmuş, həmin məktəbi 1991-ci ildə bitirmişdir. 1991-ci ildə gənclər arasında SSRİ birinciliyinin qalibi olaraq beynəlxalq dərəcəli idman ustası normativini yerinə yetirmişdir. Həmin il Ulyanovsk şəhərinə köçmüş və Dinamo idman cəmiyyətində SSRİ əməkdar idman ustası Anatoli Vinnikin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1992- ci ildə Rusiya və MDB çempionu adını qazanmış və Avropa çempionatında bürünc medala layiq görülmüşdür. 1996-cı ildə Ulyanovsk Pedaqoji Dövlət Universitetinə qəbul olunmuş və 2001 - ci ildə idman tərbiyəsi müəllimi ixtisası üzrə həmin universiteti bitirmişdir. 1994- cü ildə ona Rusiyanın əməkdar idman ustası idman adı təsis edilmiş, 1997 - ci ildə isə ikinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə " ordeni medalı ilə təltif edilmişdir. Ailəlidir, üç oğlu var.

  • 1996-cı il Atlanta Olimpiya Oyunlarının bürünc mükafatçısı
  • Dünya çempionatı mükafatçısı, iki dəfə, 1993-cü il gümüş,1995-ci il bürünc
  • Üçqat Avropa çempionu 1993, 1994, 1996
  • Avropa çempionatı mükafatçısı, iki dəfə, 1992-ci il bürünc 1995-ci il gümüş
  • SSRİ birinciliyinin qalibi 1991
  • MDB çempionu 1992
  • Üçqat Rusiya çempionu 1992, 1993, 1998
  • İvan Poddubnı adına beynəlxalq turnirin qalibi