Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır.[1]
Zəhra Cəfərova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Musiqi |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası, Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyası |
Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir.[2]
Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır. Tədris fəaliyyəti ilə yanaşı, elmi axtarışlarla da məşğul olmuşdur. Onlarla elmi məqalə, metodik tövsiyələr hazırlayıb nəşr etdirmişdir. "Azərbaycanda orqan sənətinin təşəkkülü", "Orqan və orqan sənəti", "Azərbaycan bastəkarlarının əsərlərinin orqan üçün intersetasiyalan məsələlərinə dair" əsərləri vardır. Orqan və başqa musiqi alətləri üçün çoxlu not köçürmələri olmuşdur.[1][3]
Əməkdar incəsənət xadimi olmuşdur. 2005-ci ildə Bakıda vəfat etmişdir.