Zəhra Günəş (7 iyul 1999[1], Qartal[d], İstanbul ili) mərkəz blokçu mövqeyində oynayan türk voleybolçusudur. O, VakıfBank SK və Türkiyə qadın voleybol milli komandasının üzvüdür.
Zəhra Günəş | |
---|---|
türk. Zehra Güneş | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1999[1] (25 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 197 sm |
Çəkisi | 88 kq |
Mövqeyi | blokçu |
Vikianbarda əlaqəli mediafayllar |
Zəhra Günəş1999-cu ildə İstanbulda anadan olub. Ailədə 6 uşaqdan ikincisidir. Anası bosniyalıdır[2]. Bacıları İrem Nur Günəş (2004) və Mina Günəş (2006) də voleybolçudurlar[3].
Zəhra Günəş, voleybolçu karyerasına 12 yaşında VakıfBankda başlayıb. İki il dalbadal həm yıldız, hem də gənclər kateqoriyalarına Türkiyə çempionu olub. 15 yaşında ikinci liqa komandalarından İstanbul Büyükşehir Belediyesporda bir mövsüm icarədə olaraq forma geyib. Həmin movsümdə həm PAF, həm də gənclər komandalarında Türkiyə çempionu olub. 2015-2016 mövsümündə VakıfBankın 3. Liqden 2. Liqə çempion olaraq yüksələn ikinci komandasında forma geyib. 2016-2017 mövsümündə Beşiktaşa icarəyə verilən Zəhra, mövsümün sonunda VakıfBank gənclər komandası ilə yeniden Türkiyə çempionu olur. 2017-2018 mövsümündən bu yana VakıfBank A Takımında oynayan Zəhra Günəş, sarı-qara forması ilə 3 FIVB Klublar arası Dünya Çempionatı, 3 CEV Çempionlar liqası, 3 Türkiyə Liqası, 3 Kupa Voley ve 2 Çempionlar kubokunun birinciliyini qazanıb.
Zəhra Günəş, Yıldız Milli Takımıyla dünya dördüncülüyü, Balkan ve EYOF çempionluğu, Gənç Milli Takım formasıyla Avropa üçüncülüyü, dünya dördüncülüyü, 23 Yaş Altı Milli Takımıyla da dünya çempionluğunu qazanıb. Orta xətt oyunçusu olan Zəhra Günəş, A Milli Takım forması ilə 2018 FIVB qadın voleybolu Millətlər Liqası və 2019-cu il qadınlar arasında voleybol üzrə Avropa çempionatında gümüş medal qazanıb. Zəhra Günəş, 2020 Tokio Olimpiadasına birinci olarak vəsiqə qazanan "Filenin Sultanları"nın tərkibində Olimpiada Oyunlarında mübarizə aparmışdır. Türkiyə A Kadın Milli Takımı, 2023 FIVB qadınlar arasında voleybol üzrə Millətlər liqasında və 2023-cü il qadınlar arasında Voleybol çempionatında qızıl medal qazanan Zəhra Günəş hər iki turnirin ən yaxşı orta xətt oyunçusu seçilmişdir.