Zəhra Qürbət

Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor.

Zəhra Qürbət
Digər adı Zəhra Talıbova
Doğum yeri Bakı
Fəaliyyəti ssenarist

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib.

Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib.

Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib.

Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb. Həmin ildə bu kanalda yayımlanan "X-X ŞOU" verilişinin müəllif və aparıcısı olub. Daha sonra isə LİDER TV-nin dublyaj redaksiyasında fəaliyyət göstərərək bir neçə seriallar səsləndirib.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində müəllif və aparıcı kimi fəaliyyət göstərib. Azərbaycan teleməkanında ilk aktyorluq müsabiqəsi olan "Telesəhnə" verilişinin təşkilatçısı və aparıcısı olub.

2006-cı ildən teatrdan uzaqlaşaraq sırf televiziya fəaliyyətinə başlayıb. 2007-ci ilin may ayından Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də redaktor vəzifəsində çalışır. Burada yayımlanan "Komediyalar aləminə səyahət" və "Amfiteatr" verilişlərinin müəllif və redaktorudur. 2009-cu ilin sentyabr ayından Kəpəz Televiziyasında yayımlanan "Ömür yolları" verilişinin müəllif və rejissorudur.

Tanınmış teatr xadimi, Azərbaycan Akademik Milli Dram Teatrında uzun illər fəaliyyət göstərmiş Qürbət Qurbanovun nəvəsidir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. X-x Şou (2001)
  2. Amfiteatr (veriliş, 2007)
  3. Komediyalar aləminə səyahət (????-2007)
  4. Telesəhnə