Zəhran Alluş (1971 - 25 dekabr, 2015)—Terrorçu lider.
Zəhran Alluş 1971-ci ildə Suriyada dünyaya gəlib, sələfi əqidəsində olub və Səudiyyə Ərəbistanının sələfi ideologiyasına bağlı təhsil müəssisəsində təhsil alıb. Suriyada vətəndaş müharibəsi başlayandan əvvəl bir dəfə milli-dini ayrı-seçkilik saldığına görə məhkəmə hökmü ilə həbs olunub. Daha sonra Bəşər Əsəddən əfv istəyən Alluş "əfv siyahısı"na düşərək azad olub. Daha sonra o, "Əl Qaidə"yə bağlı qruplaşmalara qoşulur, qısa zaman ərzində Səudiyyədə təlim alma səbəbinə görə komandirlik vəzifəsinə çatır. "İslami cəbhə" bir neçə terrorçu qruplaşmanın birləşməsilə təsis olunub. Bu terrorçu təşkilat Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin yardım-dəstəyilə fəaliyyət göstərib.
"Əl Qaidə"yə beyət etmiş Alluş 2013-cü ildə Dəməşqdəki şiə və ələvilərə qarşı təkfirçi açıqlaması ilə yadda qalıb.
Zəhran Alluş 25 dekabr, 2015-ci ildə öldürülüb.[1].