Zəncan vilayəti

Zəncan vilayətiSəfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Zəncan vilayəti İranın mərkəz və şimal-qərb hissəsində yerləşirdi.12 şəhəri və 15 qəsəbəsi var. Zəncan mülayim iqlimə malikdir. Dağlıq ərazi oluğuna görə ab-havası çox yaxşıdır. Bu vilayətdə təbii su mənbələri olduqca çoxdur.

Vilayətin mühüm çaylarından biri də Ağ çaydır. Zəncanlılar onu "Qızılüzən çay" adlandırırlar. Bu ərazinin torpaqları əkinçilik üçün çox əlveişlidir. Zəncanda daha çox taxıl və taxıl məhsulları istehsalı üçün münbit torpaqlar vardır. Zəncanın "tarım" düyüsü təkcə İranda deyil, bütün dünyada məşhurdur. Bu ərazi həm də dənli bitkilərin və göyərtinin mənbəyidir.

Zəncanda kənd təsərrüfatı çox inkişaf etmişdir. Burada bol miqdarda meyvə və pambıq da becərilir.

Zəncanda əl sənayesi də çox inkişaf etmişdir. Xalçaçılıq, kilim və cecim toxumaq, bıçaq düzəltmək, misgərlik, güləbətinlə bafta tikmək, saxsı qab hazırlamaq zəncanlıların əsas peşəsidir.

Zəncan şəhəri

[redaktə | mənbəni redaktə et]

Vilayətin mərkəzi olan Zəncan şəhərinin tarixi haqqında müxtəlif fikirlər vardır. Belə ki, bu barədə məlumat verilən mənbələrdən birində- "Nüzhətülqülub" kitabında göstərilir ki, şəhərin yaranma tarixi Ərdəşir Babəkanın zamanına, yəni III əsrə təsadüf edir. Bu zamanlar onun adının Şəhin-Zənqan-Zəncan formasında dəyişildiyini də yazırlar.

Zəncanın mühüm tarixi yadigarlarından şəhərin mərkəzində yerləşən Cümə məscidini, şəhərin 45 km-də yerləşən Sultaniyyə günbəzini (bunun haqqında növbəti xəbərdə ətraflı danışacağıq), Hələbioğlu məqbərəsini, Molla Həsən Kaşani məqbərəsini, İmamzadə Yaqub məqbərəsini, Kətəlixor mağarasını, Zəncan çayının üzərindəki Mirbəhayəddin körpüsünü göstərmək olar. Bütün bu saydığımız yerlərin hamısı tarixinə, mənzərəsinə görə İranın mühüm turistik və görməli yerlərindən hesab edilir.

Lakin onların arasında öz qədimliyinə və özünəməxsus xüsusiyyətlərinə görə fərqlənən Zəncanın tarixi bazarı da mühüm yer tutur. Tarixinə görə bu bazarı 2 yerə ayırmaq olar:

1. Bazar kompleksini təşkil edən aşağı hissə Səfəvilər zamanı I Şah Təhmasib tərəfindən tikilib.

2. Yuxarı hissə isə Fətəli şah Qacar zamanında tikilib. Bazarın bir neçə tarixi karvansarası, hamamı vardır.

  1. Xərqan mahalı
  2. Oryad mahalı
  3. Çaypara mahalı
  4. Qənibəyli mahalı
  5. Qızılkeçili mahalı
  6. Ənquran mahalı
  7. İçrud mahalı
  8. Səidabad mahalı
  9. Qoltuq mahalı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]