Zəncilər

Zəncilər – VII–IX əsrlərdə ərəb və İran qul alverçiləri tərəfindən, əsasən, Zənzibar adasının (ərəb dilində əz-Zinc; "zinci" adı da buradandır) qul bazarlarından alınaraq İraqXuzistana gətirilmiş Şərqi Afrika mənşəli qul.

Zincilərdən ən ağır işlərdə istifadə edirdilər. Onlar kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu.