Zəncirliquyu qəbiristanlığı — (türk. Zincirlikuyu Mezarlığı), Türkiyənin, İstanbulun Avropa hissəsində yerləşən müasir qəbiristanlıq. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur. Siyasət, iş, idman və sənət dünyasının bir çox görkəmli xadimləri burada dəfn edilib.
Qəbiristanlıq | |
Zəncirliquyu qəbiristanlığı | |
---|---|
Zincirlikuyu Mezarlığı | |
| |
Ölkə | Türkiyə |
Yerləşdiyi yer | Şişli, İstanbul |
Status | İctimai |
Əsası qoyulub | 1935-ci il |
Sahəsi | 380,847 m² |
Sayt | ibb.gov.tr/tr-TR/kurumsa… |
41°04′12″ şm. e. 29°00′36″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəbiristanlıq, Şişli ilçəsinin Esentəpə və Levent rayonları arasındakı Zəncirliquyudakı Böyükdərə prospektindədir. İstanbulun müasir strukturda qurulmuş ilk qəbiristanlığıdır və bu səbəbdən uzun illərdir insanlar arasında "çağdaş qəbiristanlıq" olaraq bilinir. Qəbiristanlığın yerləşdiyi ərazi 1930-cu illərə qədər dağınıq vəziyyətdə idi. və ən yaxın yerləşmə Mecidiyəköydə idi. 1935-ci ildə şəhər xaricində yeni bir qəbiristanlıq qurulmasına qərar verildikdə, həm Şişlidən, həm də Beşiktaşdan rahat çatıla bilən və genişlənmə imkanı olan Zəncirliquyu ən uyğun yer seçildi,
lakin 1950-ci illərdə, ətrafında meydana çıxmağa başlayan yaşayış yerləri qəbiristanlıq ərazisinin genişlənməsinin qarşısını aldı. Ətrafındakı tikinti prosesinə paralel olaraq, 1960-cı illərdə indiki sərhədlərinə çatdı. 1973-cü ildə, Etilər (Nisbətiye prospektinin)- Böyükdərə prospekti ilə kəsişdiyi yolun inşası səbəbi ilə, qəbirstanlığın bir hissəsi mənimsənildi. Uzun illər bounca Bəyoğlu tərəfində yeganə müasir qəbiristanlıq olması, tez bir zaman kəsimində dolmasına səbəb oldu. Bu gün, 380.847 m² sahəsi olan qəbiristanlıq, ailə qəbirləri üçün ayrılmış yerlər xaricində tamamilə doludur.
Türkiyənin Zəncirliquyu qəbiristanlığında Ümumi Sağlamlıq qanununa əsasən inşa edilən yeganə və ilk krematorium, istifadəyə tələb olmadığı üçün söküldü və bu gün qəbiristanlığın qarajı və müdiriyyət binası vardır.[1]
İstanbul Böyükşəhər Bələdiyyəsi Avropa hissəsi qəbiristanlıqlar müdirliyi də qəbiristanlığın girişindəki binada yerləşir.[2]
Türk təşəbbüskarı İbrahim Bodur tərəfindən tikilən qəbiristanlıqdakı məscid 2 aprel 2004-cü ildə xidmətə açıldı. Məscid dəfn namazı üçün xüsusi tikilib və 500 nəfər burada namaz qıla bilər.[3]
Qəbiristanlığın qapısının üstündə Quran ayəsi "Hər canlı ölümü tadacakdır" (Hər canlı ölümü dadacaq) qeyd olunub.[4]