Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat.
Zəngəzur Cəmiyyətləri Birliyi | |
---|---|
Yaranma tarixi | Aprel 1992 |
Qeydiyyat tarixi | May 1992 |
Mərkəzi | Bakı, Azərbaycan |
Qurucusu | Kamran Hüseynov |
Sədr | Hacı Nərimanoğlu |
zengezur.com |
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№176).[mənbə göstərin]
İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.[mənbə göstərin]
2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.[mənbə göstərin]
Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının (müəllif H.Nərimanoğlu) Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının (müəllif H.Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.[mənbə göstərin]
2022-ci ildə QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Birlik həm də “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın Zəfəri”, “Şuşa-270” kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 63 informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə).[1]
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.[2]
Birliyin 30 illiyi münasibətilə Sumqayıtdakı Qubadlı və Bakıdakı Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) toplantılar və Birliyin nəşr etdiyi kitabların sərgisi, təqdimatları təşkil olunub.[mənbə göstərin]
Birliyin sədri H.Nərimanoğlu 24 elmi, publisist kitabın, ingilis, rus, türk, Azərbaycan dillərində dərc olunmuş 100-dən çox elmi-publisist məqalənin müəllifi, Qarabağ müharibəsi veteranıdır. 16 ildən çox AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru və AzərTAc-ın buraxılış redaktoru olub. 2020-ci ilin sentyabrından indiyədək müəllifi olduğu Vətən müharibəsinə, Qarabağ və Zəngəzurun tarixinə, “Şuşa İli”nə həsr olunmuş 23 məqalənin hər biri Azərbaycan Dövlət Tərcümə Mərkəzi xəttilə tərcümə edilərək 12 dildə 150-dən çox xarici mediada yayılıb, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilib. Müəllifin Türkiyə Prezidentinin iştirakı ilə təqdimatı keçirilən “Rəcəb Tayyib Ərdoğan” kitabı Türkiyə Prezidenti Kitabxanası - Cumhurbaşkanlığı Külliyesinin fonduna daxil edilərək Oxu zalında nümayiş olunur. [3]
https://zengezur.com/index.php/kh-b-rl-r/277-layihe-pr-kiv-2022
https://www.youtube.com/watch?v=Zq6m9XlIj8k
https://www.realtv.az/news/az/105375/qardashligin-zeferi-kitabi-neshr-olunub-video
https://azertag.az/xeber/Qardasligin_Zeferi_kitabi_chapdan_chixib-2066249
https://aztv.az/az/news/18684/qardasligin-zeferi-kitabi-capdan-cixib
https://azertag.az/xeber/2058836
https://azertag.az/print/2087381
https://medeniyyet.az/page/news/61761/Qardasligin-Zeferi-kitabi-capdan-cixib.html
https://www.yeniazerbaycan.com/xeberlenti_e67213_az.html
https://avropa.info/post/391805?fbclid=IwAR1aFNsO4mYeeDmQNEazmOkDukW32O4oDuJQGT2DsPmJ9yaYilTfxhV8Y4A
https://qazet.az/az/article/qardasligin-zeferi-kitabi-cap-olundu
https://publika.az/news/tabloid/390703.html
https://avropa.info/post/391957
https://avropa.info/post/391805?fbclid=IwAR1aFNsO4mYeeDmQNEazmOkDukW32O4oDuJQGT2DsPmJ9yaYilTfxhV8Y4A
https://butov.az/maarif/21245-qht-kitabxanas-yaradlb-dyirmi-masa-kecirilib.html
https://zengezur.com/index.php/kh-b-rl-r/316-zhht-kitabkhanasi-deyirmi-masa
https://ordum.az/cemiyyet/5765-qht-kitabxanas-yaradlb-dyirmi-masa-kecirilib.html
https://manera.az/index.php?newsid=9808
https://butov.az/edebiyyat/zengezur/20436-rqi-zngzur-ellrin-qayd-mnvi-borcumuzdur.html
https://www.muallim.edu.az/news.php?id=6546
https://525.az/news/123562-merkezi-elmi-kitabxanada-zengezur-haqqinda-kitab-teqdim-olunub
https://manera.az/index.php?newsid=4091
[[Kateqoriya:Azərbaycan ictimai təşkilatları]
Hacı Nərimanoğlu “Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri seçilib https://zengezur.com/index.php/kh-b-rl-r/106-znzhzurun-yeni-sdri-sedzilib