Zəng – İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə keçirilən və 44 günlük müharibədə çalınan 8 noyabr Zəfər gününə həsr olunmuş qısametrajllı filmdir. Ssenari müəllifliyi və rejissorluğu Ruslan Sabirliyə[1][2][3] məxsus bu film 2021-ci ildə çəkilmişdir. Film 8:30 dəqiqə ərzində 30 il müddətdə Azərbaycan xalqının yaşadığı duyğuları, emosiyaları rejissor həlli ilə tamaşaçıya çatdırır.
Zəng |
---|
Filmin qəhrəmanları 30 il öncə I Qarabağ Müharibəsində şəhid olmuş ata və 30 il sonra II Qarabağ Müharibəsində qələbə müjdəsini verən oğuldur. Ata ilə oğul arasındakı duyğusal dialoq filmin süjet xəttini təşkil edir.
Filmin ssenaristi və rejissoru Ruslan Sabirli filmdə qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayıb.
Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.
Aktyorlar:
Ata - ƏLİ QULU
Oğul / 1-ci əsgər - RUSLAN SABİRLİ
2-ci əsgər - QAZİ KƏNAN KAZIMOV
2-ci əsgərin səsi - VÜSAL MURTUZƏLİYEV
Kommutatorun səsi - AYNUR HÜSEYNOVA
İdeya müəllifi və ssenari: RUSLAN SABİRLİ
Dialoqlar: LALƏ ƏLİYEVA
Rejissor: RUSLAN SABİRLİ
Operatorlar: RƏŞAD QARAYEV və ASİF BƏŞİROV
Texniki assistent: FAİQ AĞAYEV
Qrim: ADİLƏ FƏRRUXOVA və NATALYA NETRUNENKO
Səs rejissoru: VÜSAL HƏSƏNOV
Bum operatoru: SEYMUR HƏSƏNLİ
Koordinator: ƏLİ MÜRŞÜDOV
Assistent: TAMERLAN SABİRLİ
Filmdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindəki nitqindən istifadə edilmişdir.
”Vətən yaxşıdır“ (”Xudayar təsnifi”)
Mus.: ƏLİBABA MƏMMƏDOV
Söz.: ƏLİAĞA VAHİD
Kamança və simfonik orkestr üçün konsert
Mus.: H. XANMƏMMƏDOV
Kamança: ƏDALƏT VƏZİROV
“Vur komandir, vur!”
Mus.: ƏNVƏR SADIQOV
Söz.: KƏMALƏ HACIYEVA