Zərdüşt Şəfi (19 noyabr 1986, Bum, Qutqaşen rayonu – 3 avqust 2012, Bakı) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Zərdüşt Şəfi | |
---|---|
Doğum adı | Zərdüşt Şəfizadə |
Doğum tarixi | |
Doğum yeri | Bum, Qəbələ rayonu |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Xəzər Universiteti (2010) |
Fəaliyyəti | yazıçı |
Janr | hekayə |
İlk əsəri | Başqa adamlar (2011) |
Üzvlüyü | |
zerdushtshefi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008–2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub.
2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir.
Zərdüşt Şəfinin özü barədə olan fikirləri:
1986-cı ildə (özümdən aslı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı - bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram! |