Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zərflik — cümlənin ikinci dərəcəli üzvü. Zərflik hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.[1] Zərflik əksərən feili xəbərə, az hallarda isə ismi xəbərə aid olur.
Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli cümlə üzvüdür.[2]
Zərflik əsasən feili xəbərə, bəzən də ismi xəbərə aid olur. Məs: Elə danış ki, maraqlı olsun.(Tərzi-hərəkət zərfliyi)
Zərfliklər haraya? necə? nə qədər? nə üçün? nə məqsədlə? və s. suallara cavab verir.
Zərflik xəbər zonasına aid olduğu üçün, adətən mübtəda ilə xəbər arasında yerləşir. Zərfliyin əksər növləri bu tələbə cavab versə də, bəzi növləri xüsusən , zaman, yer, qarşılaşdırma zərflikləri daha çox cümlənin əvvəlinə meyil edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məs: Onlar dərsi danışmadan 4 aldılar.
Zərflik quruluşca sadə və mürəkkəb olur. Sadə zərfliklər bir vahidlə, yəni sadə, düzəltmə və mürəkkəb sözlərlə ifadə olunur. Mürəkkəb zərfliklər feili bağlama, feili sifət və məsdər tərkibləri, III, II növ təyini söz birləşmələri ilə (bəzən I növ təyini söz birləşmələri ilə) ifadə olunur.
Zərfliyin aşağıdakı məna növləri vardır:
İşin, hərəkətin icra tərzini, vəziyyətini bildirir. Necə?, nə cür?, nə tərzdə?, nə vəziyyətdə? suallarından birinə cavab olur. Tərzi-hərəkət zərfləri, feili bağlama, feili bağlama tərkibləri, qoşmalı isimlər, sual əvəzlikləri, qoşmalı frazeoloji vahidlərlə ifadə oluna bilirlər. Məsələn, Qatar yavaş-yavaş stansiyaya yaxınlaşırdı; Sevda onu ürək ağrısı ilə xatırlayırdı; O, əlini qoynuna qoyub dənizə tamaşa edirdi; O, qırğı kimi irəli cumdu; O, anasıtək gözəl idi.[1][2]
Tərzi-hərəkət zərfliklərinin bir sıra məna növləri vardır. İşin, hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərflikləri, müqayisə bildirən tərzi-hərəkət zərflikləri, hal-vəziyyəti əks etdirən zərfliklər.[2]
İşin, hərəkətin keyiyyətini bildirən tərzi-hərəkət zərfliyi sifətlə, zərf kimi dərk olunan sözlərlə və frazeoloji vahidlərlə ifadə oluna bilir.
Müqayisə bildirən tərzi-hərəkət zərflikləri də işin, hərəkətin icra tərzini bildirir. Lakin bunların məzmununda bir obrazlılıq, bənzətmə olur. Müqayisə bildirən tərzi-hərəkət zərfliyi kimi, qədər, tək, təki və s. qoşmanın artırıldığı söz və birləşmələrlə ifadə olunur.
Tərzi-hərəkət zərfliyinin bir qismi işin, hərəkətin icra tərzini bildirməklə yanaşı, iş görənin özünün də hal-vəziyyətini əks etdirir.
İşin, hərəktin və eyni zamanda əlamətin müəyyən bir zamanla bağlı olduğunu bildirir: nə vaxt? nə vaxtadək? və s. kimi suallardan birinə cavab verir. Zaman zərfliyinin ifadə vasitələri aşağıdakılardır:
Məna növləri : Zaman zərfliyinin bir qismi ümumi zaman məzmununa malik olur: Qəm çəkə, Musa dayı, dünya həmişə belə qalmaz. İşin çıxış, başlanğıc zamanını bildirib haçandan? sualına cavab verir: Binadan, başdan qanun belədir.İşin qurtaracaq zamanını bildirir: Ordan bura gəlincə bir az ömür qazandım. İşin həm başlanğıcını, həm də qurtaracq zamanını bildirir: Səhərdən axşama qədər külək məni vurmasa, gecələr rahat yuxum gəlməz.
İşin, hərəkətin, hadisənin yerini bildirir. Hara? haraya? harada? haradan? suallarına cavab verir.
Yer zərfliyinin ifadə vasitəsi:
Yer zərfləri ilə : Aşağıda, deyəsən, pişik var.
Məkan bildirən isimlərlə : Bu gün məktəbdə tədbir olmalıdır.
Şəxs əvəzliyi ilə : Sabah bizə gedək.
II növ ismi birləşmələrlə : Dəniz qırağında böyük bir bayraq var.
III növ ismi birləşmələrlə : Yolun kənarında ağac var.