Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Nəciməddin Əbu Bəkr Zərkub Təbrizi (?-1313)— arif, şair.
XII əsrdə yaşamış azərbaycanlı fütuvvət şeyxi idi. O, Təbrizdə Nəcməddin Zərkub adı ilə tanınmışdı. Bu da onun peşəsinin zərgərlik olduğunu göstərir. H. 640-cı (1242) ildə kubrəviyyə şeyxi Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyninin (öl. 1252) Təbrizə gəlməsi ilə Nəcməddin Təbrizinin həyatı dəyişmişdi. O, şeyx Sə’dəddin Həmmuyəyə intisab etmiş, onun müridlərindən biri olmuşdu. Şeyx Nəcməddin Zərkub Təbrizi h. 712-ci (1313) ildə vəfat etmiş, Təbrizin Kəcil qəbristanında dəfn edilmişdi. Şeyx Nəcməddin Təbrizi farsca‚ "Risalə dər Bəyani-Fütuvvət" adlı əsərin müəllifi idi. O, həm də farsca sufiyanə şeirlərin müəllifi idi[1].
Sürəverdiyyə təriqətinin üzvü Nəciməddin Əbu Bəkr Zərkub Təbrizi tərəfindən də Fütüvvənamənin qələmə alınması məlumdur. Şeyx Sədəddin Həməvinin müridi olan Zərkuba vəzir Xacə Rəşidəddin böyük hörmət bəsləyir və onunla məktublaşırdı. Mərdlik haqqında gözəl və incə sözlər məcmuəsi olan „Fütüvvnamə“ əsrində müəllif deyir: „Mərdlik üç cürdür: birincisi, Allahın əmrini müdafiə etmək, ikincisi, Allah tərəfindən göndərilmiş peyğəmbərin şəriətinə əməl etmək, üçüncüsü, seçilmiş Allah bəndələrinin məclisində olmaq. Ən həqiqi mərdlik-Allahdan başqa nə varsa tərk etməkdir“.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |