Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina.
Zadəgan məclis binası | |
---|---|
rus. Дом Дворянского собрания | |
47°24′49″ şm. e. 40°06′28″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Novoçerkassk |
Tikilmə tarixi | 1911 |
Vikianbarda əlaqəli mediafayllar |
Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər.
1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir. Bu bina Novoçerkesskın əsas mədəni mərtəsinə çevrilir. Burada bir müddət sonra müsiqili gecələr, xeyriyə konsertləri və digər yığıncaqlar keçirilir. Sonradan isə bina kitabxana kimi istifadə edilmişdir. Taxtadan inşa edilən digər bina isə 1857-i ildə teatra həvalə edilir. Gimnaziya müəllimi A. Filonov «Don Oçerkləri» əsərində bina haqqında məlumat vermişdir:[1]
«Teatr zadəganlığa məxsus keçmiş taxta zadəgan evində təsis edilmişdir. Bina Zadəgan məclis binasının həyətində yerləşir. Heç bir küçəyə çıxışı yoxdur. Bina olduqca əlverişsizdir.»
|
XIX əsrin sonları taxta bina tamamən sökülmüşdür. Kərpiç bina isə atıq 160 ildən artıqdır ki, öz mövcudluğunu qoruyur. 1990-cı ildə bina yanğından böyük zərər görmüşdür.[2]
Oda məlumdur ki, Novoçerkessk şəhərində Okyabr inqilaqından oncə 60 min əhali yaşayırdı. Bu əhalinin 25 mini don kazakları idi. Zadəganlar isə 3 min təşkil edirdi. Şəhər Don kazaklarının paytaxtı idi[3]